Binəqədidə leysan yağışların vurduğu ziyan aradan qaldırılır

17-20 oktyabr tarixlərində respublikanın əksər ərazilərində, o cümlədən paytaxt Bakıda hökm sürən qeyri-sabit hava şəraiti və intensiv yağışlar bir sıra problemlərə yol açdı. İntensiv yağışlar paytaxt rayonları içərisində Binəqədi rayonuna daha çox ziyan vurdu desək yanılmarıq.

Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq qurumlarla koordinasiyalı şəkildə zəruri tədbirlərin görülməsi davam edir

17-20 oktyabr tarixlərində respublikanın əksər ərazilərində, o cümlədən paytaxt Bakıda hökm sürən qeyri-sabit hava şəraiti və intensiv yağışlar bir sıra problemlərə yol açdı. İntensiv yağışlar paytaxt rayonları içərisində Binəqədi rayonuna daha çox ziyan vurdu desək yanılmarıq. Yağışın miqdarı Binəqədi rayonunda o cümlədən, rayonun Xocəsən, Biləcəri, Binəqədi və M.Ə.Rəsulzadə qəsəbələri ərazisində daha intensiv oldu ki, nəticədə rayonun ərazisindən keçən Xırdalan-Binəqədi kollektoru, eyni zamanda qəsəbələrin ərazisindən keçən təbii kanal daşmış, sel suları ətrafa yayılaraq ümumilikdə 5 minə yaxın fərdi yaşayış evlərini, qeyr-yaşayış obyektlərini və məhəllədaxili yolları yağış və çirkab sular basdi, Binəqədi şossesində avtomobil nəqliyyatının hərəkəti tam məhdudlaşdi və bu da əhali arasında ciddi narahatlığa səbəb oldu. Bəs ötən müddət ərzində Rayon İcra Hakimiyyəti dəymiş ziyanın aradan qaldırılıması, eləcə də əhalinin gediş-gəlişinin yaxşılaşdırılması, su altında qalan bir sıra küçələrin normal məcraya dönməsi istiqamtində hansı işlər görüb?

"OLAYLAR"-ın məsələ ilə bağlı sorğusuna cavab olaraq Rayon İcra Hakimiyyətindən bildirilib ki, təbii fəlakət baş verən gündən etibarən rayonun fövqalədə hallar komissiyasının tərkibində aidiyyəti qəsəbələr üzrə rayon icra hakimiyyətinin vəzifəli şəxslərinin rəhbərliyi ilə operativ qərargahlar yaradılmış, sakinlərlə yerlərdə görüşlər keçirilib və təbii fəlakətin fəsadlarının birgə aradan qaldırılması işləri təşkil edilib. Həmçinin rayon kommunal xidmət təşkilatları gücləndirilmiş iş rejiminə kecirilmiş və sutka ərzində növbətçilik sistemi təşkil olunub. Binəqədi Rayon İcra Hakimiyyətinin, rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin, "Azərsu" ASC-nin və yerli özünüidarəetmə orqanlarının birgə gördüyü tədbirlər nəticəsində insan tələfatının qarşısı alınıb, təhlükəli yerlərdə olan 100-dən artıq ailə təxliyyə edilmiş və Binəqədi şossesində nəqliyyatın hərəkəti qismən bərpa edilib. İcra Hakimiyyətindən bildirilib ki, görülmüş tədbirlər nəticəsində Xocəsən qəsəbəsində təbii fəlakətin nəticələri tam aradan qaldırılıb, Biləcəri qəsəbəsində vətəndaşların xahişini nəzərə alaraq yağış sularını ötürmək üçün daxili imkanlar hesabına sakinlərlə birlikdə 3 min metrdən cox açıq kanalların qazılması işlərinə başlanmış və bu iş bu gün də davam edir. Eyni zamanda bugünkü günə artıq 4500-dən cox evdən suyun cəkilməsi işləri yekunlaşmış, hal-hazırda 243 fərdi evlərdə su qalıb

Bununla yanaşı, təbii fəlakətin fəsadlarını tam olaraq aradan qaldırmaq üçün Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən müvafiq qurumlarla koordinasiyalı

şəkildə zəruri tədbirlərin görülməsi davam edir. Həyata keçirilən bütün bu işlərdə göstərdiklərə dəstəyə görə Binəqədi rayon İcra Hakimiyyəti sakinlərə təşəkkür edir.

Onu da qeyd edək ki, sakinlər günün istənilən saatında Binəqədi rayonunun su basmış ərazilərində yaradılmış və fəaliyyət göstərən Qərargahlara müraciət edə bilərlər. Bununla əlaqədar ərazilərdə fəaliyyət göstərən Qərargahların əlaqə nömrələri də var. Belə ki, sakinlər bu nömrələrlə əlaqə saxlaya bilər. Binəqədi rayonu üzrə: 1646 ("Sakinlərin Müraciət Xidməti- 1646"), M.Ə.Rəsulzadə qəsəbəsi üzrə: 412 28 74 (M.Ə.Rəsulzadə bələdiyyəsi), Biləcəri qəsəbəsi üzrə: 401 37 64 (Biləcəri bələdiyyəsi), Binəqədi qəsəbəsi üzrə: 411 21 80 (daxili nömrə-19) (Binəqədi bələdiyyəsi) Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31