Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar tükənir
ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona növbəti uğursuz səfəri bir daha onu təsdiqlədi ki, vasitəçilər hazırkı situasiyada Dağlıq Qarabağ probleminin həlli barədə düşünmür. Onların əsas maraq dairəsində olan məsələ mövcud status-kvonun saxlanılması, atəşkəs rejiminin davamlı olmasıdır. Bu da açıq-aşkar işğalçı Ermənistanın maraqlarına xidmət etmək deməkdir.
26 Oktyabr 2016 15:33 SiyasətÇətin situasiya yaşanmaqdadır
ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona növbəti uğursuz səfəri bir daha onu təsdiqlədi ki, vasitəçilər hazırkı situasiyada Dağlıq Qarabağ probleminin həlli barədə düşünmür. Onların əsas maraq dairəsində olan məsələ mövcud status-kvonun saxlanılması, atəşkəs rejiminin davamlı olmasıdır. Bu da açıq-aşkar işğalçı Ermənistanın maraqlarına xidmət etmək deməkdir.
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Qarabağ münaqişəsi ilə bağlı çox çətin bir situasiya yaşanmaqdadır. Onun sözlərinə görə, beynəxalq güclər, xüsusən ATƏT-in Minsk qrupu Azərbaycan hakimiyyətindən Qarabağda referendum keçirilməsi şərti ilə ətraf rayonların qaytarılmasını irəli sürür: "Və, münaqişənin həllini bu, şərtə bağlayırlar. ATƏT-in Minsk qrupunun həmsədrlərinin son səfərində amerikalı həmsədr Ceyma Urolik tərəfindən verilən açılama bunu bir daha göstərdi. Qeyd etmək lazımdır ki, Qarabağda azərbaycanllıarsız referendum keçirilməsi müstəqilliyə razılıq verməkdi. Həmsədrlər,Azərbaycannın buna razılıq verməyəcəyini çox gözəl başa düşürlər. Artıq, Minsk qrupu münaqişəni uzatmaq üçün Ermənistanın bu, variantı ilə danışıqları aparmağı planlaşdırırlar.İllərlə davam edən bu,mənasız danışıqlarda dönüş yaratmaq və əsas diqtə edən tərəf olmaq üçün Azərbaycan Aprel ayında Ermənistan qoşunlarının təxribatçı hərəkətlərinə adekvat olaraq, çox ciddi sarsıdıcı zərbə vurdu. Müəyyən yüksəklikləri ələ keçirmiş oldu. Və, bu uğuru diplomatik danışıqlara keçirdik. İlk aylar Ermənistan hakimiyyəti kompromisə razılıq verdi və bir neçə ay diqtə edən tərəf olduq. Gözləyirdik ki, Rusiya və ABŞ, eləcə də ATƏT-in Minsk qrupu müəyyən irəliləyişlər əldə edərək, hətta Ermənistana təzyiq göstərərək nəhayət problemin həllinə yaxınlaşacaqlar.Təssüf ki, yay aylarında Rusiya prezidenti səviyyəsində keçrilən görüşlər və danışıqlar imitasiya xarakter daşıması ilə sonuclandı". Politoloq deyib ki, avqustadan sonra danışıqların dayanması və Rusiyanın Ermənistana yeni silahlar verməsi, ermınilərin paradda güc nümayişi, həmçinin ABŞ-ın Ermənistanı kəşfiyyat xarakterli optik cihazlarla təchiz etməsi göstərdi ki, bu formatda aparılan danışıqlar vaxt uzatmağa xidmət edirdi və məqsəd Ermənistanı silahlandırmaq idi. Artıq Ermənistan rəhbərliyi arxayınlaşıb və hazırda mümkün danışıqları sabotaj etməkdədir2. Məhəmməd Əsədullazadə bildirib ki, Rusiya və ABŞ Minsk qrupu çərçivəsində danışıqların uzadılmasına çalışmaqdadır: "Minsk qrupunun amerikalı həmsədri Urolik ilin sonuna qədər prezidentlərin görüşünü təşkil etməsini planlaşdırdıqlarını qeyd edib. Urolikin həmçinin Yerevanda Azərbaycanın maraqlarına cavab verməyən bəyanatı, Azərbaycanın hər hansı varianta razılıq verməsi barədə fikirləri təxribatdır və danışıqlara kölgə salmış oldu. Hesab edirəm ki,prezidentlərin görüşü üçün hazırda münaqişə ilə əlaqədar isti atmosfer yoxdur. Çünki Ermənistan heç bir güzəştə hazır deyil . Belə bir, ortamda prezident İlham Əliyevin görüşə razılıq verməsi diplomatik gedişdi və dövlət başçısı mənasız bir görüş xatirinə görüşə qatılmayacaq. Belə bir mənasız görüşlər yalnız Minsk qrupu və Ermənistan hakimiyyətinə sərf edir. Ermənistan rəhbərliyi danışıqlar naminə əhəmiyyətsiz görüşlərə qatılır ki, atəşkəs qorunsun və status-kvo davam etsin. Minsk qrupu da bununla işini bitmiş hesab etsin. Demək olar ki, danışıqlar tam tükənib. Prezident İlham Əliyevin muxtar respublika şərtinə Ermənistandan müsbət açıqlama verilməməsi, müharibənin qaçılmaz olduğunu şərtləndirir. Ermənistanı və onun havadarını yenidən cəbhədə cəzalandırmaqla, müəyyən rayonları geri almaq lazımdır ki, güzəştə hazır olsunlar". Politoloq onu da diqqətə çatdırıb ki, Rusiya düşdüyü indiki məqamda Qarabağda savaşın başlanmasını arzulamır: "Rusiya, Suriya və Ukraynada yaşanan problemlərlə üz-üzədir. Cənubi Qafqazda yeni alovlanan müharibə, Rusiyanın geosiyasi maraqlarına cavab vermir. Müharibə başlayarsa, Rusiya mümkün qədər Ermənistanı güzəştə cəlb edə bilər.Yenidən cəbhədə hərbi əməliyyatlar bərpa olunar. Əgər müharibə başlayarsa,Rusiya mümkün qədər Ermənistanı güzəştə cəlb edər".
Süleyman