Azərbaycanda ürək transplantasiyası mümkün olacaq
Oktyabrın 26-da Milli Məclisin Səhiyyə Komitəsinin iclası keçirilib. İclasda “İnsan orqan (və ya) toxumalarının transplantasiyası haqında” və “Dərman vasitələri haqqında” qanunlarına dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən sözügedən komitəsini sədri Əhliman Əmiraslanovun sözlərinə görə, layihədə “İnsan orqan (və ya) toxumalarının transplantasiyası haqında” qanunun 16-cı maddəsinə dəyişiklik təklif edilir.
26 Oktyabr 2016 15:39 SosialOktyabrın 26-da Milli Məclisin Səhiyyə Komitəsinin iclası keçirilib. İclasda "İnsan orqan (və ya) toxumalarının transplantasiyası haqında" və "Dərman vasitələri haqqında" qanunlarına dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən sözügedən komitəsini sədri Əhliman Əmiraslanovun sözlərinə görə, layihədə "İnsan orqan (və ya) toxumalarının transplantasiyası haqında" qanunun 16-cı maddəsinə dəyişiklik təklif edilir. Əvvəllər transplantasiyaya aid reklama qanunvericilikdə müyyən olunmuş qaydada yalnız tibb və əczaçılıq sahəsində ixtisaslaşmış mətbuat orqanlarında yol verilirdisə, təklif olunan dəyişikliyə əsasən, reklamın tibb işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayılmanmasına yol veriləcək. "Dərman vasitələri haqqında" qanununa isə 16-1 maddəsinə dəyişiklik təklif edilir. Layihəyə əsasən, Azərbaycanda yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş tibbi təyinatlı texnika, müalicə, proflaktika, diaqnostika və reabilitiasiya metodları reklam oluna bilər. Yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş tibbi təyinatlı texnika, müalicə, proflaktika, diaqnostika və reabilitiasiya metodlarının reklamvericisi reklam istehlakçısına və reklam yayıcısına, onların tələbi əsasnda müvafiq icra hakimiyyəti orqanının akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilmiş sertifikatın, dərman vasitəsinin dövlət qeydiyyatına alınmasını təsdiq edən qeydiyyat vəsiqəsinin,dərman vasitəsindən istifadəyə dair təlimatın, təlimatda dərman vasitəsinin buraxılması qaydası göstərilmədiyi hallarda müvafiq məlumat olan sənədin, mənşə sertifikatının, reklamda istinad olunduqda, məlumat tədqiqatlarının nəticələrini təsdiq edən sənədin surətlərini təqdim edir. Bundan başqa, Dərman vasitələrinin pulsuz paylanılması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayət olunan reklam aksiyalarının keçirilməsi qadağandır. Komitə sədri Əhliman Əmiraslanov iclasda deyib ki, Azərbaycanda həkim resepti olmadan buraxılan dərmanların geniş şəkildə reklamının tərəfdarı deyil. Fikrini onunla əsaslandırıb ki, həkim resepti olmadan buraxılan dərmanların düzgün təyin edilmədən, düzgün dozada müəyyən edilmədən qəbulu sonradan ciddi fəsadlara gətirib çıxarır: "Bəzən kimsə reklamda dərmana baxır deyir ki, bu pataloji əlamətdən məndə də var. Gedir həmin dərmanı alıb atır, amma sonra məlum olur ki, bu dərman ona uyğun deyil və sonra da xəstənin müalicəsi daha da çətinləşir". Əhliman Əmiraslanov əlavə edib ki, Azərbaycanda dərman istehsalı ilə bağlı ciddi işlər aparılır: "Dövlət başçısının dərman vasitələrinin təchizatı ilə bağlı ciddi tapşırıqları var və ölkədə dərman istehsalı zavodlarının yaradılması istiqamətində mühüm işlər aparılır". Komitə sədri əlavə edib ki, bütün dünyada insan orqan və toxumalarının transplantasiyası çox geniş yayılıb. Azərbaycanda da bu sahədə böyük işlər görülür. O xatırladıb ki, 15 il əvvəl Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası çox az halda həyata keçirilirdi: "Bu gün artıq Azərbaycanda qara ciyər, böyrək, müxtəlif insan toxumalarının, gözün müxtəlif hissələrinin transplantasiyası həyata keçirilir". Komitə sədri vurğulayıb ki, Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsi istiqamətində də işlər aparılır və yaxın gələcəkdə ölkədə də ürək transplantasiyasının həyata keçirilməsi mümkün olacaq. Müzakirələrdən sonra hər iki layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Onu da qeyd edək ki, Azərbaycanda uzun zamandır müzakirəsi gözlənilən "Psixoloji yardım haqqında" qanun layihəsi artıq hazırlanıb. Qanun layihəsi Milli Məclisin Səhiyyə komitəsinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb. 7 fəsil 23 maddədən ibarət olan qanun layihəsində psixoloji yardımla bağlı qaydalar, tələblər, şərtlər və bundan irəli gələn məsuliyyət növləri göstərilir. Qeyd edək ki, bu qanun layihəsində psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, psixoloji yardım göstərilməsi sahəsində münasibətləri tənzimləyir. Layihəyə əsasən, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər psixoloji yardım üzrə nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edirlər. Psixoloji yardımın növləri psixoloji məsləhət, psixoloji korreksiya, psixoloji proflaktikadır. Dövlət vətəndaşların vaxtında, keyfiyyətli psixoloji yardım almaq hüququna təminat verir. Psixoloji yardım alan şəxslərin arzusu ilə ona anonim göstərilə bilər. Mülkiyyət növündən asılı olmayaraq istənilən səhiyyə müəssisələrində psixoloji yardımın göstərilməsi ilə təhsili klinik psixologiya üzrə magistr dərəcəsindən aşağı olmayan mütəxəssislər məşğul ola bilərlər. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Alim