Xaricdən maliyyələşən QHT-lərə nəzarət gücləndiriləcək
Prezident İlham Əliyev xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipinin tətbiqi haqqında fərman imzalayıb. Fərmanda qeyd olunur ki, 2017-ci il yanvarın 1-dən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipi tətbiq edilsin. Xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipi üzrə əlaqələndirici dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi kommersiya qurumlarına münasibətdə İqtisadiyyat Nazirliyinə, dini qurumlara münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Ədliyyə Nazirliyinə həvalə olunub. Maraqlıdır, prezidentin imzaladığı fərman vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti və inkişafı üçün nə vəd edir?
26 Oktyabr 2016 15:36 Siyasət"Bir pəncərə" prinsipi vətəndaş cəmiyyətlərinin inkişafına təkan verəcək
Prezident İlham Əliyev xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqi haqqında fərman imzalayıb. Fərmanda qeyd olunur ki, 2017-ci il yanvarın 1-dən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipi tətbiq edilsin. Xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipi üzrə əlaqələndirici dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi kommersiya qurumlarına münasibətdə İqtisadiyyat Nazirliyinə, dini qurumlara münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Ədliyyə Nazirliyinə həvalə olunub. Maraqlıdır, prezidentin imzaladığı fərman vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti və inkişafı üçün nə vəd edir?
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri Cavid Şahverdiyev qeyd edib ki, Prezidentin fərmanı Azərbaycanda bu sahədə şəffaflığın təmin edilməsinə təkan vermiş oldu: "Bu sənəd Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına, QHT-lərin fəaliyyətinə əlavə stimul oldu. Düzdür, bəzi qüvvələr buna müxtəlif don geydirir, fərmanı müxtəlif aspektlərdən izah etməyə cəhd göstərirlər. Amma fakt odur ki, prezidentin bu fərmanı bütünlüklə təhlil edildikdə, onun Azərbaycanda vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, inkişafı və çəffaflığına yönəlmiş olduğunu görəcəyik". Onun sözlərinə görə, bu fərman həm də QHT-lərin işini asanlaşdıracaq: " Eyni zamanda QHT-lərin həyata keçirmək istədikləri layihələrin asanlıqla və maneəsiz donorlar tərəfindən maliyyələçməsi deməkdir. İki il öncə QHT-lərin fəaliyyətində hesabatlılıq və şəffaflığın artırılması məqsədilə qanunvericiliyə dəyişiklik edilmişdi. Bilirsiz ki, Azərbaycanda bəzi QHT-lər xaricdən maliyyələşirdi, öz hesabatlarını dövlətdən gizlədirdilər. Açığı, əksəriyyəti Qərbdən aldıqları qrantlar hesabına antiAzərbaycan layihələrini həyata keçirirdilər. Bu müddət ərzində Azərbaycanda bütün QHT-lər ələkdən keçirildi. Azərbaycanın dövlətçilik, milli maraqlarına yönəlik layihələr həyata keçirən QHT-lər ifşa olundular. Nəticədə Azərbaycanda vətəndaş cəmiyyəti institutları gücləndirildi, dövlətə xəyanət edənlər sıralarımızdan təmizləndi. İndi QHT-ləri narahat edən bu məsələni prezident məlum fərmanı ilə həll etdi. Fərman Azərbaycan vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqun bariz nümunəsidir. Fərmanda QHT-lərin xarici donorlardan maliyyələşməsinin hüquqi proseduru göstərilib. Məsələnin həlli Nazirlər Kabinetinə tapşırılıb. Hazirlər Kabinetinin bu qaydaları hazırlayıb həyata keçirmək üçün hansı dövlət oraqanına verəcəyini bilmirik. Amma bircə onu bilirik ki, sənəd bütün QHT-lərin maraqlarına xidmət edir".
Diaspor Jurnalistlər Birliyinin sədri Fuad Hüseynzadə deyir ki, bu fərman vətəndaş cəmiyyətinin daha da inkişafı üçün təkandır: "QHT-lərin fəaliyyətində yeni donorlara yol açılır. Lakin hər halda xaricdən qrant alan QHT-lər öz fəaliyyətində səmimi olmalıdırlar. Demokratiya adına kimlərinsə siyasi alətinə çevrilməməlidirlər. Eyni zamanda şəffaflıq qorunmalıdır. Yeni fərmanla bu məsələlərə güclü nəzarət mexanizmi olacaq. Qanunvericiliyin tələblərini pozan QHT-lər cəzalandırılacaqlar".
"Ekoloq-2010" Ekoloji Maarifləndirmə İctiami Birliyinin sədri Səlim Balayevin sözlərinə görə, Prezidentin bu Fərmanı ölkədə vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti və inkişafı üçün çox mühüm bir addımdır: "Əvvəla, onu qeyd edim ki, sözügedən Fərman ölkədə vətəndaş cəmiyyəti təsisatlarının inkişafına yönəlmiş dövlət siyasətinin davamıdır. Belə ki, hələ iki il öncə də QHT-lərin fəaliyyətində hesabatlılıq və şəffaflığın artırılması məqsədilə qanunvericiliyə bəzi dəyişiklik edilmişdi .Lakin buna baxmayaraq, bəzi QHT-lər hələ də xaricdən maliyyə yardımı almağa can atırdılar və təbii ki, bunun da səbəbləri bəlli idi. Hesabatlılıq olmayan yerdə , istənilən qədər sui-istifadə hallarına yol vermək mümkün idi. Fərmanla 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni qaydalara görə isə artıq xarici donorlardan maliyyələşən QHT-lərin fəaliyyətində şəffaflıq və hesabatlılıq təmin ediləcək. Yeri gəlmişkən xatırlatmaq istərdim ki, ölkədə fəaliyyət göstərən bəzi QHT-lər sırf xaricdən maliyyələşdiyindən, hələ də Azərbaycan qanunvericiliyinin onlara şamil olunmadığını düşünürlər, özlərini yalnız həmin donor təşkilatlar qarşısında heabatlı hiss edirlər. Lakin son illərdə həmin qəbildən olan QHT-lərlə bağlı aparılan araşdırmalar onu sübuta yetirdi ki, onların fəaliyyətində hüquqazidd hərəkətlər çoxdur. Belə ki, xaricdən maliyyələşən əksər QHT-lər nəinki qrant vəsaitlərindən təyinatı üzrə istifadə etmirdilər, hətta öz fəaliyyətlərində dövlət və milli maraqlara zidd hərəkətlərə yol verirlər, xarici dairələrin mənafelərinə uyğun fəaliyyət göstərməkdədirlər. Odur ki, belə düşünürəm ki, ölkədə artıq mövcud olan hüquqi mexanizm və qaydalar QHT-lərin yaradılan imkanlardan sui-istifadəsinin qarşısını alacaq, öz fəaliyyətlərini yalnız xarici donorlar hesabına quran QHT-lərin saflaşdırılmasına, onların fəaliyyətlərində şəffaflığın təmin edilməsinə şərait yaradacaq". Onun sözlərinə görə, bəzi QHT-lər indidən təşviş keçirməyə başlayıblar. Çünki, onların fəalliyyətlərinə bir deyil, artıq bir neçə dövlət qurumları nəzarət edəcək: "Məsələn, xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipi üzrə əlaqələndirici dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi kommersiya qurumlarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə həvalə olunub. Bu isə xaricdən mailyyələşən QHT-lərlə bağlı nəzarətin, eləcə də şəffaflığın tam təmin olunacağından xəbər verir. Hesab edirəm ki, QHT-lər Prezidentin bu addımını layiqli qiymətləndirməlidirlər. Çünki, Prezidentin bu Fərmanı ölkədə vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti və inkişafı üçün çox mühüm bir addımdır. Ümumilikdə götürdükdə isə dövlət tərəfindən atılan bu kimi addımlar QHT-lərin inkişafına və fəaliyyətlərinin şəffaflaşdırılmasına şərait yaradacaq. Düşünürəm ki, QHT-lər də Prezidentin bu addımını layiqli qiymətləndirməlidirlər".
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, ölkə Prezidenti İlham Əliyevin xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqi haqqında imzaladığı Fərman böyük əhəmiyyət kəsb edir: " Bildiyimiz kimi xarici donorlar tərəfindən qrantlar daha çox üçüncü sektora verilir. Demokratiyanın ən mühüm göstəricilərindən biri kimi, ölkəmizdə vətəndaş cəmiyyəti uğurla inkişaf edir". Onun sözlərinə görə, bu gün Azərbaycanda sürətlə artan vətəndaş cəmiyyəti institutları, minlərlə qeyri-hökumət təşkilatı dövlətin artan dəstəyini hiss edir: "Azərbaycanda QHT-lərin fəaliyyətinə verilən önəmin bariz göstəricilərindən biri bəzi dövlət strukturlarının müxtəlif tədbirlərin həyata keçirilməsində onlarla əməkdaşlıq etməsidir. Bundan əlavə, QHT-lərin fəaliyyətinə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası vasitəsilə də daim dövlət qayğısı göstərilir. Hər il QHT-lərin müxtəlif sahələr üzrə həyata keçirmək istədiyi layihələrə dövlət tərəfindən qrantlar ayrılır. Bu addım ölkədə vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinin inkişafı istiqamətində milli qeyri-hökumət təşkilatlarının daha səmərəli iştirakını təmin etmək, həmçinin qeyri-hökumət təşkilatlarına dövlət qayğısını gücləndirmək məqsədi daşıyır. 10-15 il əvvəl bir çox yerli QHT-lər xaricdən maliyyə dəstyi alırdılar və bu da onların asılılığına da səbəb olurdu. Müəyyən xarici qüvvələr QHT-lərdən öz məqsədləri üçün də istifadə edirdilər. Amma üçüncü sektora dövlət dəstəyinin gücləndirilməsi bu problemi əhəmiyyətli dərəcədə azaltdı. Dövlət başçısının Fərmanı isə xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunun asanlaşdırılması və şəffaflığın təmin olunması baxımından olduqca önəmlidir".
Alim