Millət vəkili: “Qadın hüquqları ilə bağlı bir sıra problemlər aktuallığını saxlayır”

“Bütün dünyada, eləcə də Azərbaycanda qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilən uğurlarla yanaşı, bir sıra problemlər aktuallığını saxlayır”.

"Bütün dünyada, eləcə də Azərbaycanda qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilən uğurlarla yanaşı, bir sıra problemlər aktuallığını saxlayır". Bunu deyən Milli Məclisin deputatı Aqiyə Naxçıvanlının sözlərinə görə, erkən nikahlar, gender əsaslı zorakılıq və digər problemlərin həlli üçün hələ çox işlər görülməlidir. Qeyd edib ki, həmişə olduğu kimi, bu gün də ictimai-siyasi həyatımızda fəal mövqedə duran qadınlarımız müstəqil, demokratik dövlət quruculuğunda səylə çalışır, sosial-iqtisadi inkişaf sahəsində əllərindən gələni əsirgəmirlər: " Sevindirici haldır ki, dövlət və hakimiyyət orqanları qadın problemlərinə diqqəti gücləndirir. Bu sahədə görülən işlər müvafiq dövlət strukturlarının, o cümlədən qeyri-hökumət və beynəlxalq təşkilatların diqqətindədir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qadın hüquqları ilə bağlı geniş və əhatəli fəaliyyəti beynəlxalq ictimaiyyətin diqqətinin ölkəmizə yönəlməsinə imkan yaradıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31