Gündəm
Bəhruz Quliyev: “Amerikada demokratik seçki gözləntisi absurddur” EKSPERT RƏYİ
“ABŞ-da prezident seçkiləri ərəfəsində rəqib namizədlər – respublikaçı Tramp və demokrat Klinton arasında baş verən ziddiyyətli məqamları izlədikcə, nəzərə çarpan ilk amil dünyaya demokratiya ixrac etdiyi iddia olunan bir ölkənin görünməyən tərəflərinin ifşasıdır”. SİA xəbər verir ki, bu fikirləri Trendə “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən məsələ fonunda cərəyan edən olayları şərh edərkən deyib.
5 yaşlı uşaq hasardan yıxılaraq ölüb
Bakıda 5 yaşlı uşaq yaşadığı fərdi yaşayış evinin daş hasarından yıxılaraq ölüb. Hadisə Xəzər rayonunun Binə qəsəbəsinin Südçülük sovxozu adlanan ərazidə baş verib. Orada yaşayan 2011-ci il təvəllüdlü Emil Əliyev yaşadığı evin hasarından yıxılaraq ölüb.
Türkiyənin ən böyük QADIN ALVERİ çetesi ələ keçdi
Türkiyə polisi iri miqyaslı "Fahişəliyə Keçid Yox" adı altında əməliyyatlara başlayıb. Milli.Az haberler.com-a istinadən bildirir ki, Trabzonda bu əməliyyat zamanı 160 qadın nəzarətə götürülüb.
Yasamalda reyd keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüquq-mühafizə orqanları ilə birgə Yasamal rayonu ərazisində yerləşən dini təyinatlı ədəbiyyatın və əşyaların satışı ilə məşğul olan 6 mağazada daha bir reyd keçirib.
Deputatlar Sumqayıt Kimya Sənaye Parkında olublar
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə və komitənin üzvləri Sumqayıt Kimya Sənaye Parkında (SKSP) olublar.
Polis Akademiyasının tələbələri arasında dava
Bakının Xəzər rayonunda Polis Akademiyasının 3-cü kurs tələbələri arasında mübahisə zamanı bir nəfər bıçaqlanıb.
DİN polkovnikinin evində tapılan ton yarım pulun “obşak” olduğu üzə çıxdı
Rusiya Daxili İşlər Nazirliyinin “T” idarəsinin (antikorrupsiya idarəsi) rəis müavini Dmitri Zaxarçenko rüşvət aldığı yerdə həbs olunanda və onun evindən ton yarım ağırlığında (cəmi 9 milyard dollar) pul aşkar olunanda ekspertlər, mətbuat və FTX-nin müstəntiqləri bu pulun mənbəyi barədə baş sındırmağa başladılar. Çünki “sıravi” polkovnikdə bu qədər nəğd pul sutkanın 24 saatı dayanmadan rüşvət alsa da ola bilməzdi.
Şahid ifadəsi: “Taleh Bağırov dövlət çevrilişi etmək, silahlanmaq, dini dövlət qurulması haqqında çıxışlar edirdi”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Rusiyada Azərbaycan vətəndaşı 83 yaşlı qadını öldürdü
Rusiyanın Lipetsk vilayətinin Aleksandrovka kəndində 1988-ci il təvəllüdlü Azərbaycan vətəndaşı 83 yaşlı qadını qətlə yetirib.
Bağlanan banklardan biri BOKT-a çevrildi
Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 26 oktyabr tarixli qərarına əsasən, lisenziyası ləğv edilmiş "Parabank" ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) transformasiyası və müvafiq fəaliyyət planı müzakirə olunub və bankın BOKT-yə çevrilməsinə dair razılıq verilib.
Masallıda 50-ə yaxın ev sel sularının altında qaldı
İntensiv yağıntılar səbəbindən Masallının ayrı-ayrı yaşayış məntəqələrində də subasmalar qeydə alınıb.
DİN psixoloq axtarır
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Növbətçi Hissələri İdarəetmə Xidmətinin "102" Xidməti-Zəng Mərkəzində vakant olan psixoloq vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. Müsabiqədə dövlət ali təhsil müəssisələrində psixoloq ixtisası almış (xarici dövlətlərin təhsil müəssisələrinin yalnız əyani şöbəsini bitirmiş və ixtisasları Azərbaycan Respublikasında tanınmış), ixtisas üzrə azı 2 il təcrübəyə malik, yaşı 25-dən aşağı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla),özü və yaxın qohumları məhkum olunmamış, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Fövqəladə hallar naziri Lənkaranda qəbul keçirəcək
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən oktyabrın 28-də Lənkəran şəhərində, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin inzibati binasında vətəndaşların qəbulu keçiriləcək. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, saat 11.00-da başlayacaq qəbulda Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı Lənkəran şəhərində, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin inzibati binasında 27 oktyabr 2016-cı il tarixində saat 09.00-da başlayacaq.Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
AHİK-də əlaçı tələbələrə adlı təqaüdlər təqdim edilib
Oktyabrın 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 2015-2016-cı tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəal olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləi Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdünün təqdim edilməsi mərasimi keçirilib.
Kimlərə pulsuz psixoloji yardım göstəriləcək?
Azərbaycanda pulsuz psixoloji yardım alacaq şəxslərin kateqoriyası açıqlanıb. Məlumata görə, yeni hazırlanmış “Psixoloji yardım haqqında” qanunun 6-cı maddəsində göstərilir ki, məktəbəqədər və orta təhsil müəssisəsində təhsil alanlar, tutulmuş və həbs edilmiş şəxslər, keçmiş məhbuslar, fövqəladə hallar zamanı zərər çəkmiş şəxslər və ailə üzvləri, fövqəladə halların nəticələrini aradan qaldırılmasında iştirak edən, peşə fəaliyyəti yüksək təhlükə mənbəyi ilə bağlı olan, əlilliyi olan şəxslər pulsuz psixoloji yardım alacaqlar. Artıq layihə müvafiq komitədə müzakirə olunaraq birinci oxunuş üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.














