Gündəm

Miranda Kerr toyun vaxtını açıqladı 

26 Oktyabr 2016 19:11

Dünyanın ən məşhur supermodellərindən biri Miranda Kerr yenidən ailə qurmaq niyyətindədir. O, Snapchat servisinin banisi və sahibi Evan Şpigellə 2017-ci ilin əvvəlinədək toy edəcəyini deyib.

DİQQƏT! Axşamdan qalan suyu içməyin

26 Oktyabr 2016 19:05

Yatmadan əvvəl baş ucunuza qoyduğunuz bir stəkan suyu səhər yuxudan durar-durmaz içdiyiniz vaxt olub? Bəlkə də fərqinə varmamısınız, amma bu suyun dadı normaldan daha fərqli olur. Sizcə, niyə?

Lavrov, Zərif və Muallem Moskvada görüşəcəklər

26 Oktyabr 2016 19:03

Rusiya, İran və Suriya XİN rəhbərləri - Sergey Lavrov, Məhəmməd Cavad Zərif və Valid Muallemarasında üçtərəfli görüş oktyabrın 28-də Moskvada keçiriləcək.

Ramil Şeydayev əsas heyətdə

26 Oktyabr 2016 18:59

Bu gün futbol üzrə Türkiyə Kuboku turnirində III mərhələnin oyunları keçiriləcək. Olaylar.az goal.az-a istinadən xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" səfərdə "Çorum Bələdiyyəspor" komandası ilə qarşılaşacaq.

Azarkeşə hücum edən "Neftçi"nin legioneri məşqlərdən uzaqlaşdırıldı

26 Oktyabr 2016 18:56

Oktyabrın 25-də Bakıda "Neftçi" - "Qarabağ" oyunundan sonra stadionda azarkeşə hücum edən rumıniyalı hücumçu Katalin Tira "Neftçi" komandasının məşqlərindən kənarlaşdırılıb.

“Milan” uduzdu, “Fiorentina” autsayderə qarşı

26 Oktyabr 2016 18:55

İtaliya A seriyasında X tura start verilib. Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, son turda "Yuventus"u məğlub edən (1:0) "Milan" səfərdə "Cenoa"yla qarşılaşıb. "Rossonyerilər" bu oyunda gözlənilmədən böyük hesabla uduzublar - 0:3.

"Neftçi"də yeni icraçı direktor

26 Oktyabr 2016 18:53

"Neftçi" PFK inzibati heyət və kadr siyasətinin optimallaşdırılması ilə bağlı qərar qəbul edib. Klubdan Milli.Az-a verilən məlumata görə, qərara görə, Orxan Hüseynzadə icraçı direktor vəzifəsinə təyin olunub. Hüsenyzadə həmçinin idman direktoru vəzifəsini də yerinə yetirəcək. İcraçı direktorun maliyyə məsələləri üzrə müavini vəzifəsinə isə Elnur Eyvazov təyin edilib.

Sneyder zədələndi

26 Oktyabr 2016 18:52

"Qalatasaray"ın futbolçusu Uesli Sneyder yenə zədələnib.

Söyüşə görə qonşusunu öldürənə hökm oxundu

26 Oktyabr 2016 18:49

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu öldürməkdə təqsirləndirilən Vidadi İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Gecələr qorxudan yata bilmirəm”

26 Oktyabr 2016 18:47

İsmayıllıda ard-arda baş verən sürüşmələri əhali arasında təşviş yaradıb. ARB Şəki xəbər verir ki, İstisu kəndində dağın yamacında yerləşən torpaq uçqunları nəticəsində təsərrüfat sahələrinə ziyan dəysə də, yaşayış evlərində hələlik təhlükəli vəziyyət qeydə alınmayıb.

Pedaqoji işçilərin bilikləri qiymətləndiriləcək

26 Oktyabr 2016 18:25

Bakı şəhərində yerləşən məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji işçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək.

Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovu təbrik edib

26 Oktyabr 2016 18:23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb.

Fransa hökumətindən qeyri-humanist addım  4 MİN MİQRANT QOVULDU

26 Oktyabr 2016 18:21

Fransa hökuməti iki gün ərzində Kale şəhərinin ətrafında qurulmuş qaçqınlardan ibarət miqrantların çadır düşərgəsini dağıdıb və nəticədə 4 min miqrant ərazidən çıxarılıb.

"Ankara-Moskva əməkdaşlığı problemlərin həllinə kömək edə bilər" - AÇIQLAMA

26 Oktyabr 2016 18:19

 "Azərbaycan-Türkiyə münasibətlərinin dərin kökləri var. Son dövrlərdə münasibətlərimizin inkişafında dinamizmi yaradan əsasən dövlət və hökumət nümayəndələrimizdir". Bu fikirləri SİA-ya millət vəkili, professor Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Musa Qasımlı açıqlamasında deyib.  

Mübariz Əhmədoğlu: “Minsk qrupunun həmsədrləri bir çarə tapmalıdırlar”

26 Oktyabr 2016 18:12

“Azərbaycan prezidenti İlham Əliyevin “Sputnik” agentliyinə müsahibəsində Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin, həyat və fəaliyyətinin, özünüidarəçiliyinin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi, keçmiş DQMV ətrafındakı ərazilərin azad edilməsi nəticəsində iki xalqın sülh şəraitində birgəyaşayışı yolu ilə məqbul kompromislər mümkündür deməsi indiki vəziyyətdə yerində olan bir bəyanatdır”. BunuSİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.