Azarkeşə hücum edən "Neftçi"nin legioneri məşqlərdən uzaqlaşdırıldı
Oktyabrın 25-də Bakıda "Neftçi" - "Qarabağ" oyunundan sonra stadionda azarkeşə hücum edən rumıniyalı hücumçu Katalin Tira "Neftçi" komandasının məşqlərindən kənarlaşdırılıb.
26 Oktyabr 2016 18:56 İdmanOktyabrın 25-də Bakıda "Neftçi" - "Qarabağ" oyunundan sonra stadionda azarkeşə hücum edən rumıniyalı hücumçu Katalin Tira "Neftçi" komandasının məşqlərindən kənarlaşdırılıb.
Olaylar.az bildirir ki, bu barədə Trend-ə komandanın mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, "Neftçi" PFK-nın rəhbərliyi və məşqçilər heyəti futbolçunun komandadakı statusu ilə bağlı yekun qərarı yaxın müddətdə qəbul edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31