"Qalatasaray"ın futbolçusu Uesli Sneyder yenə zədələnib.
Olaylar.az qol.az-a istinadən xəbər verir ki, onun müalicəsinə başlanıldığı bildirilib.
Hollandiyalı yarımmüdafiəçinin Türkiyə Superliqasında "Adanaspor"la görüşdə oynamayacağı gözlənilir.
Qeyd edək ki, "Adanaspor" - "Qalatasaray" görüşü oktyabrın 29-u keçiriləcək.