Polis Akademiyasının tələbələri arasında dava
Bakının Xəzər rayonunda Polis Akademiyasının 3-cü kurs tələbələri arasında mübahisə zamanı bir nəfər bıçaqlanıb.
26 Oktyabr 2016 17:53 SosialBakının Xəzər rayonunda Polis Akademiyasının 3-cü kurs tələbələri arasında mübahisə zamanı bir nəfər bıçaqlanıb.
"Report"un məlumatına görə, dava küçədə olub.
Belə ki, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 5 ünvanın qarşısında Polis Akademiyasının 3-cü kurs tələbələri - 1997-ci il təvəllüdlü Coşqun Əliyev ilə 1996 ci- il təvəllüdlü Rəşad Məmmədov arasında mübahisə düşüb. Mübahisə zamanı C.Əliyev qrup yoldaşı R.Məmmədova bıçaqla xəsarət yetirib.
R.Məmmədov Arif Heydərov adına Respublika Hospitalına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31