Gündəm
Cənubi Afrikada İİV-ə qarşı yeni vaksinin sınaqları başlayır
İİV-ə qarşı yeni vaksinin təcrübədən keçirilməsinin növbəti mərhələsi Cənubi Afrikada başlayacaq. Alimlər iddia edirlər ki, bu, elmi sıçrayış ola və sağalmaz virusu üstələməyə kömək edə bilər.
İtaliyada Azərbaycana qarşı qərəzli veriliş bağlanıb
İtaliyanın "Rai 3" telekanalının "Report" verilişi bağlanıb. APA-nın məlumatına görə, verilişin aparıcısı Milena Gabanelli Azərbaycan əleyhinə qərəzli, kəskin və haqsız tənqidi mövqe tutduğu üçün onun müəllifi olduğu verilişin bağlanmasına qərar verilib.
Dünya çempionundan BİABIRÇILIQ
Dünyanın və "Qalatasaray"ın ən məşhur futbolçularından Almaniya millisinin ulduz futbolçu Lukaş Podolski sosial şəbəkə hesabında biabırçı bir paylaşımı ilə diqqət çəkib.
Mariya Zaxarova Rusiya - Azərbaycan münasibətlərinin SON VƏZİYYƏTindən danışıb
Azərbaycanla münasibətlərin səviyyəsi sabit olaraq qalır. Onun əsası dövlət başçıları tərəfindən qoyulub, müvafiq sazişlər vasitəsilə möhkəmlənib və xalqlar arasında çoxəsrlik dostluq əlaqələri ilə möhürlənib.
Nyu-Yorkda Donald Trampa etiraz olaraq dövlət bayraqları yandırılıb
Nyu-York şəhərində bir qrup etirazçı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa etiraz olaraq dövlət bayraqlarını yandırıblar. Trend-in "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu addım D.Trampın bayraq yandırmaya qarşı ciddi cəzaların tətbiq olunacağı barədə açıqlamasına cavab olaraq atılıb.
Avropa İttifaqının nümayəndə heyəti Ədliyyə Nazirliyində olub
Əməkdaşlığın prioritetlərinə dair danışıqlar aparmaq məqsədilə ölkəmizdə səfərdə olan Aİ-nin bütün üzv-dövlətlərinin təmsil olunduğu Avropa İttifaqı Şurasının Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) geniş tərkibli nümayəndə heyəti Ədliyyə Nazirliyində olub. Nazirlikdən verilən məlumata görə, görüşdə ədliyyə nazirinin müavini Azər Cəfərov tərəfindən ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığa önəm verdiyi, bu mötəbər qurum ilə Şərq Tərəfdaşlığı çərçivəsində görülən işlər, o cümlədən ədliyyə sahəsində birgə uğurlu layihələrin həyata keçirilməsi vurğulanıb, bu yaxınlarda Azərbaycan-Aİ Əməkdaşlıq Komitəsi çərçivəsində Alt-Komitənin keçirilmiş iclasının insan hüquqları, demokratiya və ədliyyə sahəsində əlaqələrin inkişafına töhfə verdiyi qeyd edilib. Bu il dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümünün qeyd olunduğunu söyləyən nazir müavini ötən dövrdə Azərbaycan ədliyyəsinin keçdiyi inkişaf yolundan bəhs edib, Ədliyyə Nazirliyinin çoxşaxəli fəaliyyət istiqamətləri, məhkəmə-hüquq sistemində aparılan köklü islahatlar barədə ətraflı məlumat verib, bu sahədə əldə olunan nailiyyətlərin Avropa Şurası və Avropa İttifaqı tərəfindən müsbət qiymətləndirildiyini vurğulayıb.
Belqradda parlament diplomatiyasından danışılacaq
Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 48-ci sessiyasında iştirak etmək üçün Serbiyanın Belqrad şəhərinə səfər edib.
3500 həkim işsiz qala bilər
Xəstəxanaların özəlləşdirilərək, həkimləri işdən azad etmək yolverilməzdir. Bunu millət vəkili Vahid Əhmədov parlament komitələrinin birgə iclasında büdcə zərfinin müzakirəsi zamanı deyib.
Nazir: “Qazın qiymətinin artırılmasına SOCAR rəhbəri aydınlıq gətirməlidir”
“Qazın qiymətinin artırılmasına SOCAR rəhbəri Rövnəq Abdullayev və onun əməkdaşları aydınlıq gətirməlidir”. Bunu maliyyə naziri Samir Şərifov parlamentdə komitələrin birgə iclasında 2017-ci il büdcəsinin müzakirəsi zamanı millət vəkillərinin qaldırdığı fikirlərə mövqeyini açıqlayarkən deyib. Onun sözlərinə görə, qazın qiymətinin qaldırılması ilə bağlı SOCAR çıxış edib və bu məsələyə də daha çox şirkətin rəhbəri Rövnəq Abdullayevlə onun əməkdaşları aydınlıq gətirəsə, daha yaxşı olar. “SOCAR hesab edir ki, qaz hasilatının 50 faizini onlar, yerdə qalanını isə pay bölgüsünə uyğun olaraq xarici şirkətlərdən xarici valyuta ilə alırlar. Manatın ucuzlaşması fonunda qazın maya dayəri bahalaşır və şirkətin gəlirləri azalır. Bu gün SOCAR anacaq öz xərclərini güclə ödəyir. Manatın ucuzlaşamsı fonunda qiymətin artımını labüd edir”- deyə nazir bildirib.
Mənşəyi məlum olmayan 350 kiloqram ət aşkar edildi
Yevlaxda mənşəyi məlum olmayan ət satan şəxslər müəyyən edilib. Milli.Az DİN-ə istinadən xəbər verir ki, ötən gün DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru və Kənd Təsərrüfatı Nazirliyi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Yevlax rayonunun Aşağı Bucaq kənd sakinləri Nizami Kərimova məxsus həyətyanı sahədən 170 kiloqram, Telman Rəsulova məxsus həyətyanı sahədən isə 181 kiloqram mənşəyi bilinməyən mal əti aşkar edilərək götürülüb.
İŞİD-in əsl siması budur - VİDEO
"Onlara yalvardım, balalarımın acından öldüyünü dedim. Mənə rəhm etmələrinə, övladlarım üçün yemək tapmağıma izn vermələrini istədim. Buraxdılar, "get" dedilər". Bunu İraqın Mosul şəhərindən qaçmış iki övlad anası deyir.
Ohanyan həbs edilə bilər - SƏBƏB
Keçmiş müdafiə naziri Seyran Ohanyana məxsus olan şirkətlər yoxlanılır. Olaylar.az axar.az-a istinadən xəbər verir ki, Ermənistanın yeni təyin olunmuş müdafiə naziri Vigen Sərkisyan 2016-cı il üçün Müdafiə Nazirliyinin büdcə xərclərinin, eləcə də şirkətlərlə bağlanan müqavilələr və onların yerinə yetirilmə mərhələlərinin yoxlanılması barədə tapşırıq verib.
Qəribə xüsusiyyətləri olan Osmanlı padşahları
Osmanlı padşahları qəribə xüsusiyyətləri bir çox tarixçilərin diqqətini çəkib. Aparılan araşdırmalar nəticəsində fərqli və maraqlı xüsusiyyətə malik olan Osmanlı padşahlarını təqdim edirik.
Mərkəzi Seçki Komissiyasının sədri Türkiyənin səfiri ilə görüşüb
Noyabrın 30-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.
Rusiya-Ermənistan hərbi birliyi nəyə hesablanıb?
Regionda müharibə riski artır Son vaxtlar Rusiya-Ermənistan hərbi əməkdaşlığının daha da inkişaf etdirilməsi, Kremlin işğalçı ölkəyə yeni silah-sursat, hətta uzaq vuran raketlər verməsi Yerevanda bir arxayanlıq yaratmaqla yanaşı, Azərbaycanda da ciddi şəkildə narahatçılığa səbəb olub. Xüsusilə, Moskvanın Yerevanı “İsgəndər” raketləri ilə təmin etməsi işğalçı ölkənin Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesindən yayınmasına, qeyri-konstruktiv mövqe nümayiş etdirməsinə yol açıb. Bu arada Rusiya ilə Ermənistan arasında hərbi birliyin yaradılması barədə yayılan xəbərlər də Azərbaycan cəmiyyətində olan narahatlığı birə-beş artırıb.














