Rusiya-Ermənistan hərbi birliyi nəyə hesablanıb?

Regionda müharibə riski artır Son vaxtlar Rusiya-Ermənistan hərbi əməkdaşlığının daha da inkişaf etdirilməsi, Kremlin işğalçı ölkəyə yeni silah-sursat, hətta uzaq vuran raketlər verməsi Yerevanda bir arxayanlıq yaratmaqla yanaşı, Azərbaycanda da ciddi şəkildə narahatçılığa səbəb olub. Xüsusilə, Moskvanın Yerevanı “İsgəndər” raketləri ilə təmin etməsi işğalçı ölkənin Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesindən yayınmasına, qeyri-konstruktiv mövqe nümayiş etdirməsinə yol açıb. Bu arada Rusiya ilə Ermənistan arasında hərbi birliyin yaradılması barədə yayılan xəbərlər də Azərbaycan cəmiyyətində olan narahatlığı birə-beş artırıb.

Regionda müharibə riski artır

Son vaxtlar Rusiya-Ermənistan hərbi əməkdaşlığının daha da inkişaf etdirilməsi, Kremlin işğalçı ölkəyə yeni silah-sursat, hətta uzaq vuran raketlər verməsi Yerevanda bir arxayanlıq yaratmaqla yanaşı, Azərbaycanda da ciddi şəkildə narahatçılığa səbəb olub. Xüsusilə, Moskvanın Yerevanı "İsgəndər" raketləri ilə təmin etməsi işğalçı ölkənin Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesindən yayınmasına, qeyri-konstruktiv mövqe nümayiş etdirməsinə yol açıb. Bu arada Rusiya ilə Ermənistan arasında hərbi birliyin yaradılması barədə yayılan xəbərlər də Azərbaycan cəmiyyətində olan narahatlığı birə-beş artırıb.

Qeyd etdiyimiz kimi Ermənistanın Rusiyanın əli ilə silahlandırılması Azərbaycan cəmiyyətində ciddi etirazla qarşılanıb. Siyasi partiyalar, ictimai təşkilatlar, millət vəkilləri Kremlin bu addımını kəskin şəkildə tənqid edərək Rusiyanın  Ermənistanı silahlandırmasını onun ATƏT-in Minsk qrupundakı fəaliyyəti ilə ziddiyət təşkil etdiyini bildiriblər.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev də Rusiya ilə Ermənistanın hərbi birlik yaratmasına sərt şəkildə etiraz edərək, bununla bağlı dövlətin lazımi addımlar atmalı olduğunu vurğulayıb.  Millət vəkili Fərəc Quliyev hərbi birliyin hüquqi əsasının olmadığını və yarana biləcək təhlükələrlə bağlı tədbirlərin görülməsinin vacibliyini bildirərək, NATO-ya tamhüquqlu üzvlüklə bağlı müraciətin edilməsi və Naxçıvanda Türkiyənin hərbi bazasının yerləşdirilməsinin vacibliyini təklif edir. Partiya sədri ümumiyyətlə Rusiya ilə münasibətlərə yenidən baxılmalı olduğunu hesab edir: "Bizim qonşuluqda xüsusi bir hərbi hərəkətlilik Rusiya -Ermənistan hərbi birliyinin yaranması ilə bağlı olaraq narahatlığı mən də bölüşürəm. Hesab edirəm ki, bizim bu məsələyə ciddi bir münasibətimiz olmalıdır və nəzərə almalıyıq ki, Rusiya ATƏT-in Minsk qrupunda vasitəçidir.  Həm də Ermənistan-Azərbaycan müharibəsi bitməyib. Belə bir şəraitdə təbii ki, Rusiyanın Ermənistan əsgərinə ehtiyacı yoxdur. Yaranan hərbi birlik birmənalı şəkildə Rusiyanın Ermənistana verdiyi hərbi - siyasi dəstəkdir. Biz belə hərbi birləşmələrin tarixini görmüşük. 366-cı alayın ermənilərlə birlikdə Xocalı soyqırımını törətdiyini görmüşük, 20 Yanvar ərəfəsində Krosnodardan, Rostovdan gətirilmiş erməni könüllülləri ilə birlikdə Rus imperiya ordusunun Azərbaycanda törətdiyi qırğının şahidi olmuşuq Ona görə belə bir birləşmənin yaradıilması təbii ki, təhlükəlidir. Xüsusən nəzərə almalıyıq ki, bunun dislokasiyası Naxçıvanla Qarabağ arasındakı coğrafi bir yerdə Ermənistanın ərazisində yerləşdirilir. O mənada mən düşünürəm ki, bu məsələdə biz ciddi təpki verməliyik. Çünki, bu sıradan bir məsələ deyil. Hətta bizlə qonşuluqda- müharibə olmayan bir ölkədə yeni hərbi blok yaransaydı, bizim mütləq bir münasibətimiz olmalıydı". Fərəc Quliyevin sözlərinə görə, Ermənistan təkbaşına Azərbaycanla bacarmadığını bilir və indiyə kimidə müttəfiqlər siyasətindən istifadə edib və indi də belə davranır: "Ona görə biz də müttəfiqlər siyasətimizə əvvəlcə daha dərindən baxmalıyıq. Məncə, Azərbaycan NATO-ya birbaşa, birmənalı şəkildə müraciət eləməlidir və tam hüquqlu üzv olmağı hədəfləməlidir. Üstəlik Moskva və Qars müqavilələrindən doğan müddəalar vardır . Naxçıvanın üçüncü dövlətin protektoratına düşmə təhdidi artıq ortadadır. Türkiyə hərbi bazasının Naxçıvanda yerləşdirilməsi ilə bağlı işlər aparılmalıdır. Çünki açıq aydın burada Azərbaycana qarşı çox ciddi təhdid vardır.Yaradılan rus-erməni birləşmələri də göründüyü qədər birmənalı şəkildə, artıq Ermənistanın ixtiyarına verilir. Həmin o sərəncamda yazılır ki, bu hərbi birlik dinc dövrdə Ermənistan baş qərargahına tabe olacaqdır və onun rəhbəri də Ermənistan tərəfindən təqdim olunacaq, Rusiya da təsdiq edəcək. Dinc şərait olan indiki şəraiti nəzərə almalıyıq. İndiki durum Rusiya və Ermənistan üçün dinc şərait səslənə bilər.  Amma Azərbaycan işğalçı Ermənistan tərəfindən işğala məruz qalan müharibə şəraitindədir. Sadəcə olaraq müharibə aktiv fazada deyil. Deməli o ordu hissələrindən Ermənistanın istədiyi formada istifadə etmək imkanları vardır, bunu mütləq nəzərə almalıyıq". Millət vəkili onu da diqqətə çatdırıb ki, Azərbaycanla Rusiya arasında münasibətlərə yenidən diqqət edilməlidir: "Biz həmişə xoş münasibət yaratmaqda maraqlı olduq. Cənub bölgəsinə milyardlarla investisiya qoyulub. Xoşməramlı tədbirlər görülüb. Məncə bu məsələlərə yenidən baxılmalıdır. Bizim hesabımıza güclənən bir dövlət bizim düşmənimizə dəstək verməli deyil. Məncə Rusiya ATƏT-in Minsk qrupunda olmaq haqqını da itirib".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31