Avropa İttifaqında Rusiya ilə danışıqlarda təmsilçiliklə bağlı fikir ayrılığı yaranıb – ÖZƏL
12:15 SiyasətOlaylar.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) ölkələri Rusiya ilə danışıqlarda birliyi kimin təmsil edəcəyi məsələsində ən azı üç düşərgəyə bölünüb. "Politico" nəşrinin məlumatına görə, Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabidəki üçtərəfli danışıqlarından sonra kəskinləşən mübahisələr fonunda İtaliya, Polşa, Lüksemburq və Estoniya Avropa Şurasının sədri Antoniu Koştanın namizədliyini dəstəkləyir. Digər ölkələr Moskvaya qarşı sərt mövqeyinə baxmayaraq Aİ-nin ali nümayəndəsi Kaya Kallası uyğun namizəd hesab etsə də, bir çox diplomatlar onun namizədliyinə kəskin etiraz edir. Fransa və Almaniya isə Avropanı təmsil etmək səlahiyyətinin müstəsna olaraq Brüsselə verilməsinin əleyhinədir. Bundan əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner avropalıların vahid namizəd üzərində razılığa gələ biləcəyinə şübhə etdiyini, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə Avropa ölkələrinin danışıqlara qoşulmazdan əvvəl sülh, yoxsa münaqişənin davamı tərəfdarı olduqlarını müəyyənləşdirməli olduqlarını bildirmişdi.