Kaliforniya Ali Məhkəməsinin hakimi İrəvanda Azərbaycana qarşı ittihamlar səsləndirib – ÖZƏL
11:35 SiyasətOlaylar.az xəbər verir ki, Kaliforniya ştatının Ali Məhkəməsinin hakimi Kassiya Abqaryan noyabrın 13-də İrəvanda keçirilən "Unudulmaya qarşı səslər: cəzasızlıq dövründə kütləvi cinayətlərin qurbanları" adlı beynəlxalq konfransda çıxış edərək Azərbaycanın hələ də erməni əsirləri saxladığını və onlara qarşı cinayətləri davam etdirdiyini iddia edib.(?) O, Azərbaycanın hərəkətləri nəticəsində Qarabağdan olan 150 min erməninin "öz evlərindən" məhrum olduğunu və əksəriyyətinin hazırda Ermənistanda yaşadığını xatırladıb. Abqaryan əsas məqsədlərinin müharibə cinayətləri qurbanları üçün "ədalətə" nail olmaq olduğunu vurğulayaraq, cəzasızlıq mühitinə və güc tətbiqi yolu ilə xalqların əzilməsinə qarşı bütün zərərçəkmişlərin birgə mübarizə aparmasının vacibliyini qeyd edib.(?) Hakim ədalətin döyüş meydanlarında deyil, məhkəmə zallarında bərqərar olmalı olduğunu bildirib və zərərçəkmişlərin səsinin eşidilməsi uğrunda mübarizəni davam etdirəcəklərini deyib.