Türkiyədə axtarılan kriminal qruplaşma rəhbəri Azərbaycanda tutuldu

Türkiyədə axtarışda olan Mehmet Recep Demir Azərbaycanda saxlanılıb.

Bu barədə Türkiyə mətbuatı Anadolu Agentliyinə istinadən xəbər yayıb.

Məlumata görə, İstanbul Baş Prokurorluğunun "Barış Boyun" adlı yeni nəsil silahlı cinayətkar qruplaşmaya qarşı apardığı istintaq çərçivəsində təşkilatın rəhbərlərindən biri olduğu müəyyən edilən Mehmet Recep Demir barəsində qərarı mövcuddur.

Agentliyin məlumatına görə, Demir Azərbaycanda saxlanılıb və Cinayət Məcəlləsində nəzərdə tutulan "qanunsuz sərhədkeçmə" cinayəti üzrə həbs edilib.

Onun saxlanılmasından sonra İstanbul Baş Prokurorluğu Türkiyəyə təhvil verilməsi məqsədilə Azərbaycan məhkəmə orqanlarına rəsmi müraciət hazırlayıb.

Hazırda Demirin Türkiyəyə ekstradisiyası məsələsi üzrə hüquqi prosedurun həyata keçirilməsi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31