Mənşəyi məlum olmayan 350 kiloqram ət aşkar edildi

Yevlaxda mənşəyi məlum olmayan ət satan şəxslər müəyyən edilib. Milli.Az DİN-ə istinadən xəbər verir ki, ötən gün DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru və Kənd Təsərrüfatı Nazirliyi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Yevlax rayonunun Aşağı Bucaq kənd sakinləri Nizami Kərimova məxsus həyətyanı sahədən 170 kiloqram, Telman Rəsulova məxsus həyətyanı sahədən isə 181 kiloqram mənşəyi bilinməyən mal əti aşkar edilərək götürülüb.

Yevlaxda mənşəyi məlum olmayan ət satan şəxslər müəyyən edilib.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, ötən gün DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru və Kənd Təsərrüfatı Nazirliyi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Yevlax rayonunun Aşağı Bucaq kənd sakinləri Nizami Kərimova məxsus həyətyanı sahədən 170 kiloqram, Telman Rəsulova məxsus həyətyanı sahədən isə 181 kiloqram mənşəyi bilinməyən mal əti aşkar edilərək götürülüb.

Nümunələr Dövlət Baytarlıq Xidmətinin ekspertizasına təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31