Gündəm

Bakcell abunəçilərinə “Facebook”a pulsuz giriş imkanı verir

30 Noyabr 2016 16:10

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə əvvəlcədən ödənilmiş (“prepaid” ) tariflərindən istifadə edən bütün mövcud və yeni abunəçilərinə “Facebook”a pulsuz giriş imkanı təklif etdiyini elan edir.

"Bu qərar insanları qənaətcil olmağa çağırır"

30 Noyabr 2016 16:06

"Tarif Şurasının son qərarı gözlənilən idi. Elektrik enerjisi və qaz sahədəsindəki qiymətlər sonuncu dəfə 9 il bundan əvvəl qoyulmuşdu. Bu illər ərzində əhaliyə bu xidməti həyata keçirən idarələrin xərcləri artıb. Onların xaricdən aldığı avadanlıq və komponentlərin qiyməti dünya bazarında qalxıb. Həmin idarələrdə çalışan insanların əmək haqları, Dövlət Sosial Müdafiə Fonduna ayırmalar və vergilər artıb. Bu baxımdan həmin idarələrin gəlirlər işləməsi və üzərinə düşən vəzifəni yerinə yetirməsi üçün bu qiymətlərin qaldırılması gözlənilən idi".

Türkiyədə erməni terroçularına qoyulan abidə söküləcək

30 Noyabr 2016 16:04

Türkiyənin Tuncəli Valiliyi Aşağıdoluca kəndində erməni terrorçularının adını əbədiləşdirən abidənin sökülməsi ilə bağlı qərar qəbul edib.

İŞİD əsirliyində olmuş fotoqraf: "Sünnilər yaşayan ərazilər olduqca təhlükəsizdir, amma şiələr..."

30 Noyabr 2016 15:57

İsveçdən olan məşhur müharibə fotoqrafı Hadi Kareka İraq, Suriya, Afrika kimi müxtəlif müharibə zonalarında 12 ildir ki, fotoreportyor kimi fəaliyyət göstərir, terrorçularla bir neçə metrlik məsafədə həyatını təhlükəyə atıb dünya ictimaiyyətini baş verənlərdən agah edir.

Metroda bədbəxt hadisə

30 Noyabr 2016 15:57

Noyabrın 30-u, səhər saat 09:20-də bir kişi özünü "İçərişəhər"-"Həzi Aslanov" istiqamətində 13 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb. “OLAYLAR”-ın Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevə istinadən verdiyi xəbərə görə, özünü qatarın altına atan şəxs 1951-ci il təvəllüdlü, Nardaran sakini Əhmədov Nəsir Əlihüseyn oğlu olub. Maşinistin sayıqlığı nəticəsində qatarı dərhal saxlamaq mümkün olub. Qatar dərhal dayandırılaraq, xətdən gərginlik çıxarılıb və sərnişin qatarın altından çıxarılıb.

Bakıda 3 otaqlı ev yanıb

30 Noyabr 2016 15:55

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladı Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 300 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə, 1 otağın yanar konstruksiyaları, ev əşyaları 40 m² sahədə yanıb və yüksək temperaturdan hamamın lambirdən ibarət tavanı 6 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Füzulidə pambıq tayası yanıb

30 Noyabr 2016 15:54

Füzuli rayonunda pambıq tayası yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Alanqalan kəndində vətəndaşa məxsus pambıq sahəsində yığılmış 200 kq pambıq tayasının 100 kq-ı yanıb. Pambıq tayasının qalan hissəsi və sahə yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Şəmkirdə ərzaq mağazası yanıb

30 Noyabr 2016 15:52

Şəmkir rayonunda vətəndaşa məxsus ərzaq mağazasında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 125 m² olan ərzaq maqazasının anbarında lambir və qamışdan ibarət tavanı 2 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Paytaxtda beşmərtəbəli binada yanğın olub

30 Noyabr 2016 15:51

Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə binanın 1-ci mərtəbəsində yerləşən, vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan çay evinin zirzəmisində 1 otağın yanar konstruksiyaları və içərisində olan əşyalar 4 m² sahədə yanıb. Çay evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Avtomobilin yanacaq çənindən mobil telefon çıxdı

30 Noyabr 2016 15:50

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib. Dövlət Gömrük KOmitəsindən verilən məlumata görə, baxış zamanı avtomobilin yanacaq çəninin içərisində gömrük nəzarətindən gizlədilən 12 ədəd “Samsung Galaxy J2”, 1 ədəd “Samsung Galaxy J5” markalı mobil telefonlar, eyni zamanda, mobil telefonlara aid aksesuarlar - 22 ədəd mobil telefon qutusu, 12 ədəd qidalandırıcı başlıq, 12 ədəd USB kabel və 9 ədəd “qulaqcıq” aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır. 

BƏƏ Azərbaycan məhsullarına maraq göstərir

30 Noyabr 2016 15:46

Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində səfərdə olan Azərbaycanın ixrac missiyası "Carrefour", "Spinneys", "Union Co-op" kimi iri marketlər şəbəkələrində olub.

Bosniya və Herseqovinanın xarici işlər naziri ölkəmizə gəlir

30 Noyabr 2016 15:45

Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak 1-2 dekabr tarixlərində Azərbaycan Respublikasında rəsmi səfərdə olacaq. Bu barədə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində İqor Çrnadakın 1 dekabr tarixində xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Almaniya səfiri aqrar universitetdə olub

30 Noyabr 2016 15:43

Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Mixael Kindsqrab Azərbaycan Dövlət Aqrar Universitetində olub. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, səfər zamanı təhsil müəssisənin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərovla görüşdə əlaqələrin mövcud vəziyyəti təhlil edilib və əməkdaşlığın yeni perspektiv imkanları nəzərdən keçirilib. Sonra universitetin Alman Mərkəzində menecment (alman proqramı) ixtisası üzrə təhsil alan tələbələr və məzunlarla görüş olub. Məzunlar təhsil aldıqları proqramın, habelə Almaniyanın fermer təsərrüfatlarında keçdikləri təcrübənin əhəmiyyətindən danışmış, tələbələr isə universitetdə hərtərəfli təhsil üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Elman Rüstəmov: “İnflyasiyanın azaldılması hədəflənib”

30 Noyabr 2016 15:41

“Azərbaycan Mərkəzi Bankı bu ilin fevral ayından valyuta bazarına intervensiyanı dayandırıb”. Bunu Milli Məclisin Milli Məclisin birgə komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Kəmaləddin Heydərov İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

30 Noyabr 2016 15:40

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov 30 noyabr 2016-cı il tarixində ölkəmizdə səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. FHN-dən verilən məlumata görə, nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə hallarla mübarizə sahəsində görülən işlərdən, İranın uyğun qurumları ilə bu sahədə əməkdaşlıq əlaqələrindən danışmış və gələcək münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu diqqətə çatdırmışdır. İranın rabitə və informasiya texnologiyaları naziri , İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezi iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək qarşılıqlı faydalı əməkdaşlığın demək olar ki, bütün sahələri əhatə etdiyini bildirmişdir. O, Azərbaycan-İran əməkdaşlığının daha da inkişaf edəcəyinə əminlik ifadə etmişdir.