Kəmaləddin Heydərov İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov 30 noyabr 2016-cı il tarixində ölkəmizdə səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. FHN-dən verilən məlumata görə, nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə hallarla mübarizə sahəsində görülən işlərdən, İranın uyğun qurumları ilə bu sahədə əməkdaşlıq əlaqələrindən danışmış və gələcək münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu diqqətə çatdırmışdır. İranın rabitə və informasiya texnologiyaları naziri , İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezi iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək qarşılıqlı faydalı əməkdaşlığın demək olar ki, bütün sahələri əhatə etdiyini bildirmişdir. O, Azərbaycan-İran əməkdaşlığının daha da inkişaf edəcəyinə əminlik ifadə etmişdir.
30 Noyabr 2016 15:40 SosialAzərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov 30 noyabr 2016-cı il tarixində ölkəmizdə səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. FHN-dən verilən məlumata görə, nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə hallarla mübarizə sahəsində görülən işlərdən, İranın uyğun qurumları ilə bu sahədə əməkdaşlıq əlaqələrindən danışmış və gələcək münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu diqqətə çatdırmışdır. İranın rabitə və informasiya texnologiyaları naziri , İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezi iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək qarşılıqlı faydalı əməkdaşlığın demək olar ki, bütün sahələri əhatə etdiyini bildirmişdir. O, Azərbaycan-İran əməkdaşlığının daha da inkişaf edəcəyinə əminlik ifadə etmişdir.