Elman Rüstəmov: “İnflyasiyanın azaldılması hədəflənib”

“Azərbaycan Mərkəzi Bankı bu ilin fevral ayından valyuta bazarına intervensiyanı dayandırıb”. Bunu Milli Məclisin Milli Məclisin birgə komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

"Azərbaycan Mərkəzi Bankı bu ilin fevral ayından valyuta bazarına intervensiyanı dayandırıb". Bunu Milli Məclisin Milli Məclisin birgə komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Baş bankir bildirib ki, hazırda üzən məzənnənin əsas prinsipləri gözlənilir:"Buna baxmayaraq, manatın öz dəyərini tapması üçün məzənnənin müəyyən səviyyədə idarə edilməsi siyasəti mövcuddur. Biz bu gün idarəetməni götürəcəyimiz təqdirdə manatın məzənnəsində nə baş verə biləcəyinə əmin deyilik. Bizim gördüyümüz işlər 2017-ci ildə makroiqtisadi sabitliyin möhkəmlənməsi, manatın məzənnəsinin arzu olunan səviyyədə sabitləşməsi, qiymətlərin sabitliyi, inflyasiyanın azaldılmasına hədəflənib. Bundan sonra inkişafa keçmək üçün kifayət qədər imkan olacaq".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31