Metroda bədbəxt hadisə

Noyabrın 30-u, səhər saat 09:20-də bir kişi özünü "İçərişəhər"-"Həzi Aslanov" istiqamətində 13 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb. “OLAYLAR”-ın Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevə istinadən verdiyi xəbərə görə, özünü qatarın altına atan şəxs 1951-ci il təvəllüdlü, Nardaran sakini Əhmədov Nəsir Əlihüseyn oğlu olub. Maşinistin sayıqlığı nəticəsində qatarı dərhal saxlamaq mümkün olub. Qatar dərhal dayandırılaraq, xətdən gərginlik çıxarılıb və sərnişin qatarın altından çıxarılıb.

Noyabrın 30-u, səhər saat 09:20-də bir kişi özünü "İçərişəhər"-"Həzi Aslanov" istiqamətində 13 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb. "OLAYLAR"-ın Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevə istinadən verdiyi xəbərə görə, özünü qatarın altına atan şəxs 1951-ci il təvəllüdlü, Nardaran sakini Əhmədov Nəsir Əlihüseyn oğlu olub. Maşinistin sayıqlığı nəticəsində qatarı dərhal saxlamaq mümkün olub. Qatar dərhal dayandırılaraq, xətdən gərginlik çıxarılıb və sərnişin qatarın altından çıxarılıb.

İntihara cəhd edən şəxs relslərin arasına düşdüyündən sağ qalıb. Lakin sağ topuğundan xəsarət alıb. Nəsimi Paşayev qeyd edib ki, hadisənin baş vermə səbəbləri araşdırılır. Bu səbədən qatarlarların hərəkət intervalında da gecikmə yaranıb. Gecikmənin aradan qaldırılması istiqamətində iş aparılır

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31