Cənubi Afrikada İİV-ə qarşı yeni vaksinin sınaqları başlayır

İİV-ə qarşı yeni vaksinin təcrübədən keçirilməsinin növbəti mərhələsi Cənubi Afrikada başlayacaq. Alimlər iddia edirlər ki, bu, elmi sıçrayış ola və sağalmaz virusu üstələməyə kömək edə bilər.

İİV-ə qarşı yeni vaksinin təcrübədən keçirilməsinin növbəti mərhələsi Cənubi Afrikada başlayacaq. Alimlər iddia edirlər ki, bu, elmi sıçrayış ola və sağalmaz virusu üstələməyə kömək edə bilər.

"Report" BBC-yə istinadən xəbər verir ki, HVTN 702 vaksininin təcrübədən keçirilməsində 18-35 yaş arası 5,4 min Cənubi Afrika sakini iştirak edəcək. Testlərin aparılma müddəti təxminən dörd il davam edəcək, eksperimentlərin nəticələri isə 2020-ci ildə açıqlanacaq.

Cənubi Afrika hökuməti hazırda ölkədə gündə təxminən min nəfərin bu xəstəliyə yoluxması və 2014-ci ildə 2,4 milyon insanın virusa yoluxması barədə məlumat verib.

Xatırladaq ki, 2009-cu ildə Tailandda 3,5 il ərzində İİC infeksiyasına qarşı vaksinin sınaqları həyata keçirilib. O zaman həmin vaksinin səmərəliliyinin 31,2% olduğu sübut edilib.

Qeyd edək ki, dekabrın 1-i Ümumdünya QİÇS-ə qarşı mübarizə günüdür. 2015-ci ildə dünyada İİV infeksiyasına yoluxmuş insanların sayı təqribən 37 milyon olub. Virusun ən çox yayıldığı region Afrikanın Saxara səhrasından cənubdakı hissəsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31