İŞİD-in əsl siması budur - VİDEO

"Onlara yalvardım, balalarımın acından öldüyünü dedim. Mənə rəhm etmələrinə, övladlarım üçün yemək tapmağıma izn vermələrini istədim. Buraxdılar, "get" dedilər". Bunu İraqın Mosul şəhərindən qaçmış iki övlad anası deyir.

"Onlara yalvardım, balalarımın acından öldüyünü dedim. Mənə rəhm etmələrinə, övladlarım üçün yemək tapmağıma izn vermələrini istədim. Buraxdılar, "get" dedilər".

Bunu İraqın Mosul şəhərindən qaçmış iki övlad anası deyir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İŞİD-in əlində olan bu şəhərdən qaçan qadın iki övladı ilə birlikdə Mosul yaxınlığındakı Həsənşam qəsəbəsində UNİCEF-in qurduğu düşərgəyə pənah aparıb.

BBC Radio 5-in aparıcısı Anna Foster də həmin qadınla düşərgədə görüşüb.

Qadının iki övladı aclıqdan canlı skeletlərə bənzəyir.

"Ərimin, qohumlarımın Mosulda sağ qaldıqlarını düşünmürəm. Ümid etmirəm belə. Mosulda aclıqdır. Döyüşlər başlanandan şəhərdə çörək tapılmır. Dəhşətli vəziyyətdir orada", - qadın deyib.

Qadının 2 və 9 yaşlı oğulları o qədər arıqdır ki, yaşlarının yarısı boyda uşaqlara bənzəyirlər.

Düşərgədə də ərzaq təminatı problematikdir. Uşaqlar üçün paltar çatışmadığından qadının oğullarına qız paltarı geyindiriblər.

Hazırda Həsənşam düşərgəsində Mosuldan qaçmış 4700 nəfər var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31