Avropa İttifaqının nümayəndə heyəti Ədliyyə Nazirliyində olub
Əməkdaşlığın prioritetlərinə dair danışıqlar aparmaq məqsədilə ölkəmizdə səfərdə olan Aİ-nin bütün üzv-dövlətlərinin təmsil olunduğu Avropa İttifaqı Şurasının Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) geniş tərkibli nümayəndə heyəti Ədliyyə Nazirliyində olub. Nazirlikdən verilən məlumata görə, görüşdə ədliyyə nazirinin müavini Azər Cəfərov tərəfindən ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığa önəm verdiyi, bu mötəbər qurum ilə Şərq Tərəfdaşlığı çərçivəsində görülən işlər, o cümlədən ədliyyə sahəsində birgə uğurlu layihələrin həyata keçirilməsi vurğulanıb, bu yaxınlarda Azərbaycan-Aİ Əməkdaşlıq Komitəsi çərçivəsində Alt-Komitənin keçirilmiş iclasının insan hüquqları, demokratiya və ədliyyə sahəsində əlaqələrin inkişafına töhfə verdiyi qeyd edilib. Bu il dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümünün qeyd olunduğunu söyləyən nazir müavini ötən dövrdə Azərbaycan ədliyyəsinin keçdiyi inkişaf yolundan bəhs edib, Ədliyyə Nazirliyinin çoxşaxəli fəaliyyət istiqamətləri, məhkəmə-hüquq sistemində aparılan köklü islahatlar barədə ətraflı məlumat verib, bu sahədə əldə olunan nailiyyətlərin Avropa Şurası və Avropa İttifaqı tərəfindən müsbət qiymətləndirildiyini vurğulayıb.
30 Noyabr 2016 15:20 SosialƏməkdaşlığın prioritetlərinə dair danışıqlar aparmaq məqsədilə ölkəmizdə səfərdə olan Aİ-nin bütün üzv-dövlətlərinin təmsil olunduğu Avropa İttifaqı Şurasının Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) geniş tərkibli nümayəndə heyəti Ədliyyə Nazirliyində olub. Nazirlikdən verilən məlumata görə, görüşdə ədliyyə nazirinin müavini Azər Cəfərov tərəfindən ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığa önəm verdiyi, bu mötəbər qurum ilə Şərq Tərəfdaşlığı çərçivəsində görülən işlər, o cümlədən ədliyyə sahəsində birgə uğurlu layihələrin həyata keçirilməsi vurğulanıb, bu yaxınlarda Azərbaycan-Aİ Əməkdaşlıq Komitəsi çərçivəsində Alt-Komitənin keçirilmiş iclasının insan hüquqları, demokratiya və ədliyyə sahəsində əlaqələrin inkişafına töhfə verdiyi qeyd edilib. Bu il dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümünün qeyd olunduğunu söyləyən nazir müavini ötən dövrdə Azərbaycan ədliyyəsinin keçdiyi inkişaf yolundan bəhs edib, Ədliyyə Nazirliyinin çoxşaxəli fəaliyyət istiqamətləri, məhkəmə-hüquq sistemində aparılan köklü islahatlar barədə ətraflı məlumat verib, bu sahədə əldə olunan nailiyyətlərin Avropa Şurası və Avropa İttifaqı tərəfindən müsbət qiymətləndirildiyini vurğulayıb. Həmçinin, ölkəmizdə vətəndaş məmnunluğunu təmin edən yeni innovativ və şəffaf xidmətlərdən, korrupsiyaya qarşı mübarizə, habelə vətəndaş cəmiyyətinin inkişafı üzrə görülən işlərdən bəhs olunub.
Avropa İttifaqının Azərbaycanla münasibətlərinin yeni mərhələyə keçdiyini və bu əlaqələrin bərabərlik, qarşılıqlı hörmət və etimad əsasında bərpa edildiyini qeyd edən COEST rəhbəri xanım Karolin Vinot ikitərəfli danışıqların aparılması üçün Aİ tərəfindən yeni mandatın müəyyən edilməsinin strateji tərəfdaşlığın və əməkdaşlığın genişləndirilməsinə imkan verəcəyini vurğulayıb. Qonaq hər bir ölkədə qanunun aliliyinin, məhkəmə sisteminin müstəqilliyinin təmin olunmasının iqtisadiyyatın inkişafına müsbət təsir göstərdiyini söyləyərək Aİ-nin Azərbaycanda insan hüquqları və məhkəmə-hüquq sahəsindəki müsbət dəyişiklikləri alqışladığını və bundan sonra da islahatlara dəstək göstərməyə hazır olduğunu vurğulayıb.