Belqradda parlament diplomatiyasından danışılacaq
Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 48-ci sessiyasında iştirak etmək üçün Serbiyanın Belqrad şəhərinə səfər edib.
30 Noyabr 2016 15:17 SiyasətMilli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 48-ci sessiyasında iştirak etmək üçün Serbiyanın Belqrad şəhərinə səfər edib. MM-dən verilən məlumata görə, Azay Quliyev səfər çərçivəsində QDİƏT PM-in 48-ci sessiyasında ATƏT PA adından çıxış edəcəkdir. Deputatımız çıxışında parlament qurumlarının müasir çağırışlara qarşı yönəlmiş mövcud əməkdaşlığı haqqında və gələcəkdə mümkün fəaliyyətləri barədə danışacaqdır. Bununla yanaşı, Azay Quliyev çıxışında beynəlxalq terrorizmin qarşısının alınmasında və mövcud münaqişələrin həllində parlament diplomatiyasının rolu haqqında məlumat verəcəkdir. Səfər dekabrın 1-də başa çatacaqdır.