Gündəm
"Kamran Həsənlinin işi ilə bağlı istintaq dayandırılıb"
Müğənni Samir Piriyevin şoumen Kamran Həsənli ilə məhkəmə işi davam edir. Olaylar.az xəbər verir ki, ifaçının vəkili Ceyhun Yusifov axşam.az-a açıqlamasında məsələnin hələ də uzandığını, həllini tapmadığını bildirib.
Rusiya gəmisi ələ keçirildi
Naməlum silahlılar Atlantik okeanında göyərtəsində Rusiya və Ukrayna vətəndaşlarının olduğu gəmiyə hücum ediblər. Olaylar.az teleqraf.com-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
AFFA "Qarabağ" - "Qəbələ" matçı ilə bağlı cəza tədbirlərini açıqlayıb
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında XIII turun "Qarabağ" - "Qəbələ" oyununda baş verənlərlə bağlı cəza tədbirləri görüb.
Bizi daxili ziyarətə dəvət edən “Sehrbazlar dərəsi” hər birimizin dəruni avtobioqrafiyasıdır
“Allah göylərin və yerin nurudur. (Kainatı yaradıb ona nur verən, yer və göy əhlinə haqq yolu göstərən Xaliqdir). Onun (Peyğəmbərimizin və möminlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya (çıraqdana) bənzər; taxçadakı o çıraq bir qəndilin içindədir, o qəndil isə, sanki parlaq bir ulduzdur. O çıraq nə şərqdə, nə də qərbdə (aləmin ortasında) olan mübarək bir zeytun ağacından yandırılır. (Şərqdə deyildir ki, günəş batdıqda, qərbdə də deyildir ki, günəş doğduqda qaranlıqda qalsın). Onun (zeytun ağacının) yağı özünə od toxunmasa da, sanki (haradasa) işıq saçır. O, nur üstündə nurdur. Allah dilədiyini öz nuruna qovuşdurur (istədiyinə öz nurunu bəxş edib cənnət yolu olan islam dininə yönəldir). Allah (həqiqəti anlaya bilsinlər deyə) insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir!”
Ramiz Mehdiyev: “Minsk qrupunun vasitəçilik fəaliyyəti lazımi nəticə verməyib”
“2016-ci il aprel hadisələrindən sonra Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki gərgin, çox təhlükəli vəziyyətdə əhəmiyyətli dəyişikliklər olmayıb”.
Hərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib
Noyabrın 30-da Hərbi Dəniz Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının növbəti buraxılış mərasimi keçirilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, mərasimin açılışında Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Buraxılış mərasimində çıxış edənlər kursantları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb və fərqlənən hərbi qulluqçular fəxri fərmanla təltif edilib. Sonda xatirə şəkili çəkilib.
Milli-mənəvi dəyərlərimizdə vəhdət prinsipi
Zaqatala rayonu Yuxarı Tala kənd (2) məscidi dini icması tərəfindən “Müasir dünya və ənənəvi milli-dini dəyərlər” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimizdə vəhdət prinsipi” mövzusunda növbəti tədbir keçirilib. “OLAYLAR”-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, tədbirdə Yuxarı Tala kənd dindarları, ziyalılar, gənclər və ağsaqqalar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Zaqatala rayonu Yuxarı Tala kənd (2) məscidi dini icmasının sədri Səid Şabanov İslamın vəhdət prinsiplərindən danışıb.
Əbülfəs Qarayev Bərdədə vətəndaşlarla görüşüb
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bərdə şəhərində Yeni Azərbaycan Partiyasının binasında Mingəçevir, Yevlax şəhərləri, Ağcabədi, Bərdə, Goranboy, Tərtər, Ağdam, Xocalı və Laçın rayonlarından vətəndaşları qəbul edib. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, görüşdən öncə Əbülfəs Qarayev ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib. Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı müraciətlər səslənib. Qəbula gələn bütün vətəndaşları dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.
Orqan transplantasiyasında yaşanan problemlər
Meyitlərdən orqan köçürülməsi niyə mümkün deyil? Dünyada geniş yayılmış orqan transplantasiyası əməliyyatı Azərbaycanda da tətbiq edilməkədir. Artıq ölkədə çoxsaylə belə əməliyyatlar həyata keçirilib. Lakin Azərbaycanda meyitdən orqan transplantasiyasının aparılmaması ilə bağlı real problemlərin olduğu bildirilir. Bu problemlər beyin ölümü diaqnozunun qoyulmaması, eyni zamanda meyitlərdən orqan köçürülməsi haqqında təlimatların olmaması ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, orqan köçürülmə əməliyyatı yalnız beyin ölümü diaqnozu quyulmasından sonra aparıla bilər. İndiyə qədər həyata keçirilən əməliyyatlar canlılar hesabına reallaşdırılıb.
"Yeni tip "quş qripləri" insanlar üçün təhlükəli deyil"
Hazırda quşlar arasında qeydə alınan yüksək patogenli H5N8 və H5N2 quş qripi xəstəliyi insanlar üçün təhlükəli deyil və bu xəstəlik quşlardan insanlara keçmir.
Prezident İlham Əliyev braziliyalı həmkarına başsağlığı verib
Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının prezidenti Mişel Temerə başsağlığı verib. Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, başsağlığında deyilir:
Çörək bahalaşacaq? - Rəsmi AÇIQLAMA
Azərbaycanda son günlər çörəyin qiymətinin bahalacağı ilə bağlı əsassız məlumatlar dolaşır. İddia edilir ki, Tarif Şurasının qərarı ilə təbii qaz və elektrik enerjisinin qiymətinin dəyişməsi çörəyin bahalaşmasına səbəb olacaq.
Elman Rüstəmov: “Yeni sənəd hazırlanır, susmağımızın səbəbi budur”
“Maliyyə Sabitliyi Şurasında ölkənin yeni iqtisadi modeli haqqında sənəd hazırlanır və bunun detalları hələ ki, tam açıqlanmır. Maliyyə Sabitliyi Şurasından ciddi iş və müzakirələr gedir”. Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. “Bütövlükdə makroiqtisadi sabitlik iqtisadi və sosial sabitliləşdirmə, yeni iqtisadi modelə keçməklə bağlı yeni sənəd üzərində işləyirik. Susmağımızın səbəbi budur. Bu sənəd razılaşdırılmayana qədər hələ ki, susmağa üstünlük veririk. Bütövlükdə Zahid Oruc və digər deputatların iradlarını qəbul edirik”-deyə o bildirib.
“Vəziyyət gələn il mürəkkəb olacaq”- Baş bankirdən açıqlama
“Uzun illər hakimiyyətdə olan biri kimi demək istəyirəm ki, 2017-ci ilin büdcə və vergi siyasətinə baxdıqda həqiqətən də vəziyyətin gələn ilin mürəkkəb olacağını deyə bilərik. Amma bu o demək deyil ki, vəziyyət çox pisdir.
Manat neftin qiymətinə uyğun “üzür”
“Azərbaycan manatı neftin qiymətinin 45-50 dollar səviyyəsində “üzməsinə” adaptasiya olunub". Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib. Baş bankir qeyd edib ki, əsas prioritet sabitləşdirmədir: "Son məqsəd insanların, dövlətin gəlirlərinin artırılmasıdır".













