Prezident İlham Əliyev braziliyalı həmkarına başsağlığı verib

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının prezidenti Mişel Temerə başsağlığı verib. Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, başsağlığında deyilir:

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının prezidenti Mişel Temerə başsağlığı verib.

Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab prezident,

Kolumbiyada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Braziliya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31