Əbülfəs Qarayev Bərdədə vətəndaşlarla görüşüb 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bərdə şəhərində Yeni Azərbaycan Partiyasının binasında Mingəçevir, Yevlax şəhərləri, Ağcabədi, Bərdə, Goranboy, Tərtər, Ağdam, Xocalı və Laçın rayonlarından vətəndaşları qəbul edib. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, görüşdən öncə Əbülfəs Qarayev ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib. Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı müraciətlər səslənib. Qəbula gələn bütün vətəndaşları dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bərdə şəhərində Yeni Azərbaycan Partiyasının binasında Mingəçevir, Yevlax şəhərləri, Ağcabədi, Bərdə, Goranboy, Tərtər, Ağdam, Xocalı və Laçın rayonlarından vətəndaşları qəbul edib. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, görüşdən öncə Əbülfəs Qarayev ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib. Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı müraciətlər səslənib. Qəbula gələn bütün vətəndaşları dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31