Gündəm
Zahid Oruc Elman Rüstəmovu “vurdu”
"Burada hamımız siyasi mövqe və hökumət olaraq bir komandanın üzvüyük. İnanmıram ki, burada çıxış edənlər populizm və özünü göstərmək üçün çıxış edir. Əgər ciddi problemlər varsa, bunları açıq deməliyik”. Bu sözləri deputat Zahid Oruc 2017-ci il dövlət büdcəsi layihəsinin komitələrin birgə iclasında müzakirəsi zamanı deyib. Deputat bildirib ki, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev milyardlarla dolları mənimsəməsəydi, bank sektoru və ölkənin iqtisadi durumu bu vəziyyətə gəlməzdi:“Cahangir Hacıyev 10 milyardan artıq məbləği mənimsədi.
Ehtiyac meyarı artırılacaq
SOCAR-ın hesabatlarına əsasən qaz hasilatı və paylanması istiqamətində əldə etdiyi gəlirlər çox cuzidir. Bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib. “Hətta bu kommunal xidmətlərin qiymətini artımından sonra belə şirkətin əldə edəcəyi gəlirlər xərclərinin bağlanmasına imkan yaradır." Kommunal xidmətlərin qiymətlərinin artırımasının təsirləri qiymətləndirilib. Mənfi təsirlərin yumşaldılması üçün əlavə sosial yardımlar göstəriləcək. Əlavə gəlirlər hesabına ünvanlı sosial yardıma əlavə vəsait ayrılacaq və ehtiyac meyarı artırılacaq. O qeyd edib ki, həmçinin "Azərenerji"nin qalan borcu dövlət büdcəni hesabına ödəniləcək.
Professor Əli Həsənovun “Geosiyasət” kitabı Daşkənddə özbək dilində çap edilib
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun “Geosiyasət” kitabı Daşkənddə özbək dilində çap edilib.
Qərbin əsassız təzyiqləri Türkiyəni ondan uzaqlaşdırır
Ankaraya qarşı yeni planlar hazırlanır Son illərdə Qərbdən, Avropadan Türkiyəyə qarşı təzyiqlər, basqılar artmaqdadır. Hər addımda Türkiyəyə qarşı qərəzli mövqe ortaya qoyan Avropa dövlətləri, xüsusilə Avropa Birliyi Ankara-Moskva yaxınlaşmasından sonra bu basqıları daha da artırıb. Məlum təyyarə krizindən sonra Türkiyə ilə Rusiyanın savaşacağını düşünən Avropanın, gözlənilmədən Ankara-Moskva yaxınlaşması sürprizi ilə qarşılaşması qoca qitədən qardaş ölkəyə qarşı adekvat addımların atılmasına stimul verib. Artıq bütün vasitələrdən istifadə edərək Türkiyəyə qarşı təzyiqlərdən istifadə edilir.
Saxta profilləri necə müəyyən etməli?
İnternetdə insanların təhqir edilməsinin qarşısını almaq mümkün olacaqmı? Saxta profil və ya saxta səhifə dedikdə, təbii ki, bir şəxsin özünə məxsus olan e-mail vasitəsilə başqa adla qeydiyyatdan keçərək başqa ad altında yaradılan profil və ya səhifə başa düşülür. Facebook-un miqyasını nəzərə alsaq, deyə bilərik ki, orada bu saxtalığın radiusu daha da genişdir. Hətta valideynlərin azyaşlı uşaqlar üçün açdığı səhifələri, bir nəfər tərəfindən açılan bir neçə səhifəni də Facebook saxta səhifə olaraq qəbul edir.
Telli Borçalının toydan elə VİDEOSU yayıldı ki... ŞOK VİDEO
Aşıq Telli Borçalının sosial şəbəkədə maraqlı videosu yayılıb. BiG.AZ xəbər verir ki, o, illər əvvəl dövrünün məşhur aşığı Xanlar Məhərrəmovla Tovuz rayonunda toyda iştirak edib.
Vüqar Rəhimzadə: Tarif Şurasının qərarı sosial-iqtisadi islahatların tərkib hissəsidir
“Bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsasında insan amili dayanır. Qəbul olunan qanunlar, həyata keçirilən islahatlar, görülən tədbirlər məhz ölkə vətəndaşları üçün daha rahat və yüksək səviyyəli həyat şəraitinin təmin edilməsi üçündür. Təsadüfi deyil ki, dövlət büdcəsinin qəbulu zamanı bir sıra sahələrdə qənaət rejimi tətbiq edilsə də, sosial layihələrin icrasının davam etdirilməsi nəzərdə tutulub. Möhtərəm Prezidentimiz İlham Əliyev də daim çıxışlarında vurğulayır ki, bütün çətinliklərə baxmayaraq sosial layihələrin həyata keçirilməsi davam etdirilməlidir.” Bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Tarif Şurasının tarif tənzimlənməsi barədə qərarına münasibət bildirərkən deyib.
“Böhranın yaratdığı çətinliklərdən faciə düzəltmək lazım deyil”
Fikrət Yusifov: “Bu müvəqqəti çətinlikləri tək Azərbaycan iqtisadiyyatı və Azərbaycan əhalisi yaşamır” “Tarif Şurası enerjidaşıyıcıların qiymətlərinin bu dəfəki artımı zamanı, əhalinin aztəminatlı təbəqələrinin maraqlarını maksimum qorumağa çalışdı” Son günlər cəmiyyətin əsas müzakirə mövzusu Tarif Şurasının qəbul etdiyi məlum qərardır. Məsələyə müxtəlif yöndən yanaşıb bu qərarı məqbul və qeyri-məqbul hesab edənlər də var. Amma maraqlısı odur ki, məsələyə iqtisadi prizmadan yanaşanda hansı mənəzərə ortaya çıxır? Ümumiyyətlə, bu situasiya iqtisadi sahədə hansı müsbət və ya mənfi nəticələrə səbəb olacaq?
Türkiyədə “ərəbləşən” ermənilər
Yaxud PKK-Ermənistan əməkdaşlığının gizli məqamları Ermənilər tarixən Türkiyə dövləti, türk dünyasına qarşı zərbə vurmaq, onu zəiflətmək məqsədilə öz strategiya və məkrli niyyətlərinə uyğun olan təşkilatlar, terror birləşmələri ilə yaxından əmıəkdaşlıq edib, bu əməkdaşlıq nəticəsində qarşılarına qoyduqları hədəflərə müəyyən mənada nail olublar. Ermənilərin Türkiyəyə qarşı mübarizə istiqamətində birgə əməkdaşlıq etdiyi terror birləşmələrindən biri də PKK-dır. Zaman-zaman PKK-Ermənistan işbirliyi, PKK-ASALA terror təşkilatının birgə əməkdaşlığı barədə fikirlər gündəmə gəlib. Bir sıra faktlarla öz təsdiqini tapan PKK-ASALA əməkdaşlığı günümüzdə də davam etməkdədir. Elə yaxın tariximizdə, Dağlıq Qarabağda başlanan erməni təcavüzü və Birinci Qarabağ müharibəsi zamanı da bunun əyani şahidinə çevrildik.
Uorlik həmsədrlikdən getməsinin səbəbini açıqlayıb
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri vəzifəsində fəaliyyəti bu ilin sonunda başa çatacaq Ceyms Uorlik APA-ya müsahibə verib.
İranda “quş qripi” yayılıb
İranın paytaxtı Tehranın Malard bölgəsindəki 4 quşçuluq təsərrüfatında ev quşları arasında “quş qripi” xəstəliyi aşkarlanıb. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Baytarlıq Təşkilatı açıqlayıb. Qeyd olunan 4 quşçuluq təsərrüfatında 513 mindən çox toyuq məhv edilib.
Tanınmış müğənni əməliyyat olundu
Türkiyəli müğənni Selami Şahin əməliyyat olunub. Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçinin ötən gün halı pisləşib, xəstəxanaya aparılıb.
Slutski CSKA ilə yollarını ayırır
Rusiya millisini AVRO-2016 turnirinə çıxaran Leonid Slutski fəaliyyətini Hollandiyada davam etdirə bilər.
Hollandiyada çarşab yasaqlanır
Hollandiya parlamenti ictimai yerlərdə üzü bağlayan paltarlarda olmağı yasaqlayan qanun qəbul edib. Milli.Az European-a istinadən bildirir ki, qanunun şərtlərinə görə, çarşab, burka ilə ictimai nəqliyyatda, təhsil və tibb müəssisələrində, habelə dövlət qurumlarında peyda olmaq yasaqdır.
Yeni ssenari: Ermənistan Rusiyaya birləşdirilir, Qarabağ...
“Ermənistan vahid ordunun yaradılması ilə hərfən Rusiyaya birləşir”. Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “Foreign Policy” nəşri yazıb. Nəşr qeyd edir ki, ABŞ-ın İrəvandakı səfirliyi Birləşmiş Ştatların, Avropa İttifaqının, Böyük Britaniyanın və Almaniyanın Ermənistanda keçiriləcək seçkilərə maliyyə dəstəyi verəcəyini açıqlayıb.














