Qərbin əsassız təzyiqləri Türkiyəni ondan uzaqlaşdırır

Ankaraya qarşı yeni planlar hazırlanır Son illərdə Qərbdən, Avropadan Türkiyəyə qarşı təzyiqlər, basqılar artmaqdadır. Hər addımda Türkiyəyə qarşı qərəzli mövqe ortaya qoyan Avropa dövlətləri, xüsusilə Avropa Birliyi Ankara-Moskva yaxınlaşmasından sonra bu basqıları daha da artırıb. Məlum təyyarə krizindən sonra Türkiyə ilə Rusiyanın savaşacağını düşünən Avropanın, gözlənilmədən Ankara-Moskva yaxınlaşması sürprizi ilə qarşılaşması qoca qitədən qardaş ölkəyə qarşı adekvat addımların atılmasına stimul verib. Artıq bütün vasitələrdən istifadə edərək Türkiyəyə qarşı təzyiqlərdən istifadə edilir.

Ankaraya qarşı yeni planlar hazırlanır

Son illərdə Qərbdən, Avropadan Türkiyəyə qarşı təzyiqlər, basqılar artmaqdadır. Hər addımda Türkiyəyə qarşı qərəzli mövqe ortaya qoyan Avropa dövlətləri, xüsusilə Avropa Birliyi Ankara-Moskva yaxınlaşmasından sonra bu basqıları daha da artırıb. Məlum təyyarə krizindən sonra Türkiyə ilə Rusiyanın savaşacağını düşünən Avropanın, gözlənilmədən Ankara-Moskva yaxınlaşması sürprizi ilə qarşılaşması qoca qitədən qardaş ölkəyə qarşı adekvat addımların atılmasına stimul verib. Artıq bütün vasitələrdən istifadə edərək Türkiyəyə qarşı təzyiqlərdən istifadə edilir.

"Oğuz" Müstəqil Araşdırmalar Qrupunun rəhbəri, politoloq Vüqar Zifəroğlu da deyir ki, Türkiyəyə olan təzyiqləri artırmaq üçün etnik separatizmlə yanaşı, yaxın gələcəyə hesablanmış məzhəbsəl faktorlarla körüklənən münaqişələr üçün də zəmin hazırlamaqdadırlar. Onun sözlərinə görə, bu gün Yaxın Şərqdə baş verən münaqişələr artıq son dərəcə təhlükəli hədd olan - məzhəbsəl qarşıdurma şəklini almağa başlayır: "Və bundan yalnız bölgədə marağı olan qüvvələr - Qərb, Rusiya deyil, eyni zamanda bölgədə öz nüfuzunu artırmağa çalışan və bunun üçün də məzhəbsəl vurğuya xüsusi önəm verən ölkələr - İran, ərəb ölkələri də yararlanmağa çalışırlar. Təbii ki, münaqişələrin belə bir şəkil alması, hər iki məzhəbə qucaq açmış və onu öz içində barındıran türk coğrafiyası üçün ciddi təhükə mənbəyinə çevrilə bilər ki, onsuz da başlıca hədəf də elə budur. Diqqət etsək görmək olar ki, bu qarşıdurmalara müəyyən tarixi "əsaslar" yaratmağa çalışan qüvvələr, bununla da gələcək münaqişələr üçün münbit zəmin hazırlamış olurlar". Vüqar Zifəroğlu deyir ki, Qərbin və ərəb ölkələrinin bəzi aparıcı media orqanlarının Türkiyəni "müasir Osmanı", İranı isə "müasir Səfəvi" kimi təqdim etməklə, yeni "Çaldıranların" Mosulda, Hələbdə, hətta Yeməndə belə təkrarlanacağını qabartmaları, hər iki ölkənin Yaxın Şərq siyasətini məhz belə bir bucaqdan təqdim etmələri düşündürücüdür: "Bölgədə olan türklər arasında birlik və bərabərliyi, qardaşlığı pozmağa çalışan və bunu hər hansı bir şəkildə zədələməyi özü üçün hədəf olaraq götürən qüvvələr, tarixi faktları öz maraq və istəklərinə görə interpretasiya edərək ondan yeni bir təfriqə və nifaq toxumu kimi yararlanmaqdadırlar. Necə ki, İraq və Suriyada yaşayan türkmən qardaşlarımızı məhz məzhəbsəl zəmində parçalamağa çalışırlar. Hazırda Türkiyədə bununla əlaqədar olaraq etnik separatizm üzərində vüsət almış teror hərəkatları və təşkilatlarında da məzhəbsəl faktorların qabardılması tendensiyasını müşahidə etməkdəyik. Halbuki, Anadoluda kürd siyasi hərəkatının ələviliyi sahiblənməsi, bir almanın iki yarısı olan hənəfi və ələvi türrkmənlərin bir araya gəlməsini istəməyən, gizli türk düşmənliyi edən qüclərin marağına xidmət edir".

Burada maraqlı olan məqam ondan ibarətdir ki, Qərb, Avropa Türkiyəyə qarşı təzyiqləri artırmaqla, nəinki Ankaranı özünə doğru çevirə bilir, əskinə Türkiyəni Avropadan daha da uzaqlaşdırır. Elə son günlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamalarından da bunu aydın görmək mümkündür.

Yeni Azərbaycan Partiyasının üzvü Cəlal İbrahimov isə deyir ki, Türkiyə Qərbdən nə qədər uzaq olsa, bir o qədər xeyirlidir: "Türkiyə bu klubdan uzaq qalsa daha yaxşıdır. Çünki yaxın gələcəkdə bu xain birlik parçalanacaq". O, bildirib ki, bu gün dünyanın ədalətli bir birliyə ehtiyacı var: "Avropa Birliyi Türk millətinə uyğun olmayan bir qurumdur. Onun məqsədi Türkiyə dövlətini milli dəyərlərdən məhrum buraxaraq öz içinə almaqdır. Avropa milli Türkiyə, milli iradəni təmsil edən Türkiyəni heç bir zaman istəməz. Avropanın məqsədi Türkiyəni milli tarixi dəyərlərindən uzaqlaşdırmaq, öz xain kllubuna uyğun, milli və mənəvi dəyərlərindən məhrum qoyaraq bu ölkəni yox etməkdir. Bizim milli dəyərlərimizə uyğun bir birliyə ehtiyacımız var. Əgər milli dəyərlərimizə uyğun bir birlik yaradılsa çox ölkələr bu birliyə üzv olur. Çünki bizim quracağımız milli birlik, dünyada ədalətə, hüzura, insanlığa xidmət edəcək. Lakin Avropa Birliyi xainlərin klubuna çevrildiyi üçün, orada ədalət, hüzur, insanlıq yoxdur". Cəlal İbrahimovun sözlərinə görə, Türkiyə ədalətə, haqqa söykənən bir birlik qurmalıdır ki, xain klub olan, Avropa yox olmağa məhkum qalsın: "Türkiyə Avropa Birliyindən uzaqlaşarsa və dünya ədalətinə, birliyinə xidmət edən təşkilat qurarsa, Avropa Birliyi onsuz da parçalanacaq. Biz nə üçün Avropa Birliyinə gedək? Biz özümüzmü olaq, yoxsa corcların arasına girib corcmu olaq?". Hakim partiya rəsmisi hesab edir ki, bu xain idarəçilərin məqsədi Türkiyəni Avropa Birliyinə qəbul etmək yox, qardaş ölkəni parçalayıb məhv etməkdir.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31