Slutski CSKA ilə yollarını ayırır
Rusiya millisini AVRO-2016 turnirinə çıxaran Leonid Slutski fəaliyyətini Hollandiyada davam etdirə bilər.
30 Noyabr 2016 13:56 İdmanRusiya millisini AVRO-2016 turnirinə çıxaran Leonid Slutski fəaliyyətini Hollandiyada davam etdirə bilər.
Goal.az xəbər verir ki, 45 yaşlı mütəxəssis rusiyalı iş adamı Aleksandr Çiqrinskinin klubu "Vitesse"dən əlverişli təklif alıb. Onun Çempionlar Liqasının qrup mərhələsində "Tottenham"ə qarşı oyundan sonra CSKA ilə yollarını ayıracağı bildirlir. Slutski bu məqsədlə Londondakı matçdan sonra vida yeməyi planlaşdırıb.
"Orud klubu"nun baş məşqçi postuna namizədlər Viktor Qonçarenko və Oleq Kononov göstərilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31