Türkiyədə “ərəbləşən” ermənilər

Yaxud PKK-Ermənistan əməkdaşlığının gizli məqamları Ermənilər tarixən Türkiyə dövləti, türk dünyasına qarşı zərbə vurmaq, onu zəiflətmək məqsədilə öz strategiya və məkrli niyyətlərinə uyğun olan təşkilatlar, terror birləşmələri ilə yaxından əmıəkdaşlıq edib, bu əməkdaşlıq nəticəsində qarşılarına qoyduqları hədəflərə müəyyən mənada nail olublar. Ermənilərin Türkiyəyə qarşı mübarizə istiqamətində birgə əməkdaşlıq etdiyi terror birləşmələrindən biri də PKK-dır. Zaman-zaman PKK-Ermənistan işbirliyi, PKK-ASALA terror təşkilatının birgə əməkdaşlığı barədə fikirlər gündəmə gəlib. Bir sıra faktlarla öz təsdiqini tapan PKK-ASALA əməkdaşlığı günümüzdə də davam etməkdədir. Elə yaxın tariximizdə, Dağlıq Qarabağda başlanan erməni təcavüzü və Birinci Qarabağ müharibəsi zamanı da bunun əyani şahidinə çevrildik.

Yaxud PKK-Ermənistan əməkdaşlığının gizli məqamları

Ermənilər tarixən Türkiyə dövləti, türk dünyasına qarşı zərbə vurmaq, onu zəiflətmək məqsədilə öz strategiya və məkrli niyyətlərinə uyğun olan təşkilatlar, terror birləşmələri ilə yaxından əmıəkdaşlıq edib, bu əməkdaşlıq nəticəsində qarşılarına qoyduqları hədəflərə müəyyən mənada nail olublar. Ermənilərin Türkiyəyə qarşı mübarizə istiqamətində birgə əməkdaşlıq etdiyi terror birləşmələrindən biri də PKK-dır. Zaman-zaman PKK-Ermənistan işbirliyi, PKK-ASALA terror təşkilatının birgə əməkdaşlığı barədə fikirlər gündəmə gəlib. Bir sıra faktlarla öz təsdiqini tapan PKK-ASALA əməkdaşlığı günümüzdə də davam etməkdədir. Elə yaxın tariximizdə, Dağlıq Qarabağda başlanan erməni təcavüzü və Birinci Qarabağ müharibəsi zamanı da bunun əyani şahidinə çevrildik.

PKK Kərkükdəki terrorçularının sayını artırıb

Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mücadilə Dərnəyinin sədri Göksəl Gülbəy deyir ki, ermənilərin radikalçı kürdlərlə Türkiyəyə qarşı əməkdaşlığının tarixi uzun bir müddəti əhatə edir. O, bildirir ki, hələ XX əsrin 20-30-cu illərində Türkiyədə baş qaldıran kürd üsyanlarına ermənilər yaxından dəstək veriblər: "Ermənilər ilə üsyançı kürdlərin əlaqəsi bir sıra bölgələrdə ortaya çıxıb. Belə ki, Tunceli, Hozat, Ovacık, Çemişgezek, Mazgirt, Pülümür, Elazığ, Tercan, Dəclə, Erzincan və Sivasda erməni-kürd əlaqələri daha sıx olub. Təxminən 20 min qədər erməni o zaman şiə kürdlərinin yaşadığı Sarp dağlarını əhatə Dersim tayfalarında özünə sığınacaq tapıb. Buradakı ermənilər daha sonra ətraf ərazilərə yayılaraq intiqam hissiylə Kürd üsyanlarında aktiv iştirak ediblər aldı. Elə Dersim üsyanının başlamasına da bir erməni start verib. Həmçinin Ağrı üsyanı zamanı erməni daşnak təşkilatının bir nümayəndəsi bölgəyə gəlib. Ardeşir Muradyan adlı şəxs Zilan Kürdləri arasında yaxşı tanındığı üçün "Erməni Zilan" ləqəbini alıb. O, üsyanın silahlı qanadına rəhbərlik eərək komandirləri arasında yer alıb. Bundan başqa 1937-ci ildə Dersim üsyanının başlamasının səbəbkarlarından biri də erməni əslli Dəmirci Mustafa olub". Göksəl Gülbəy vurğulayıb ki, ermənilərlə PKK arasında əməkdaşlığın növbəti mərhələsi XX əsrin 80-90-cı illərinə təsadüf edir. Onun sözlərinə görə, PKK terror təşkilatı ilə ermənilər arasInda hətta 1987-ci ildə əməkdaşlıq barədə razılaşma da imzalanır: "Həmin razılaşmada bir çox müddəalar yer alır. Müddəaların birində qeyd edilir ki, ermənilər PKK terror təşkilatı içərisində təhsil fəaliyyətləri göstərəcək, dağdakı terrorçuları maarfiləndirəcəklər. Həmçinin razılaşmada PKK terror təşkilatına hər il Ermənistan tərəfindən maliyyə yardımının ayrılması əksini tapır. Məhz bu razılaşmadan dərhal sonra təşkilat içərisində ermənilərin aktivliyi bir qədər də artır. Artıq PKK və ASALA birgə

əməkdaşlığı Türkiyənin təhlükəsizlik qüvvələrinə qarşı yönəlir". Tədricən ermənilər PKK-da əsas söz sahibinə çevrilməyə başlayırlar. Terror təşkilatının təlim düşərgəsinin xərclərinin 75 faizini ermənilər qarşıladığı üçün, təşkilat daxilində də onların sözü daha çox keçərli olur. Ermənilər PKK-nın dəstəyi ilə Türkiyənin metropol şəhərlərində oturuşmağa başlayırlar. 1992-ci ilin oktyabr ayından etibarən Şimali İraqda əsaslanan terror təşkilatı PKK-ya qarşı keçirilən əməliyyatlarda təşkilatın böyük zərbələr alması və sığınacaq imkanlarını itirilməsi bir qisim təşkilat mənsublarının İran və Ermənistana keçmələri ilə nəticələnir. Beləliklə, PKK terror təşkilatının Ermənistandakı aktiv fəaliyyətləri başlayır. Bundan sonra PKK terror təşkilatının Avropa nümayəndələrindən bir qrupu Ermənistana gedərək yeni bir razılaşma əldə edirlər. Bu razılaşma PKK terror təşkilatı mənsublarının Qars bölgəsindən Ermənistana rahat şəkildə girib çıxmalarını özündə ehtiva edirdi. Paralel olaraq Ermənistanın terror təşkilatına yardımları da davam edirdi. 1992-ci ilin may ayında isə bir qrup PKK terror təşkilatı mənsubu ermənilərlə birlikdə Azərbaycana qarşı döyüşmək üçün Urmiyadan Ermənistana doğru hərəkət edirlər.

Günümüzdə Türkiyə üçün mövcud olan təhlükələrdən biri zamanında PKK terror təşkilatı və radikal kürdlərin vasitəsilə Türkiyəyə sirayət edən ermənilər "ərəbləşmə" prosesi keçiblər. Bunu öz araşdırmalarında professor Salim Göhce də qeyd edib. O, bildirib ki, Türkiyədə ərəbləşən minlərlə erməni var. "Əslindıə bu yeni bir şey deyil. Bu bir çoxlarına məlumdur. Ancaq kimsənin açıqlamadığı şeylərdir. Bu mövzuları daha əvvəl də gündəmə gətirmişdik. Bunlar bizim uydurduklarımız deyil. O tarixlərdə amerikalı nümayəndələrin qeydlərində da bunlar var. Zamanında Ərzurumda 500 min ermənini kürdlər saxlayıb. Eyni şəkildə Tuncelidə 50 min erməni yenə buradakı Aleviler tərəfindən saxlanılıb. Zamanında minlərlə erməni eyni zamanda ərəbləşdi. Siirt, Hatay, Urfa, Mardin kimi yerlərdə yaşayanlar, özlərini ərəb kimi gizlədib. Bunlar bu gün ərəbcə danışır və özlərini ərəb olaraq göstərirlər". Daha sonra qeyd edilir ki, ermənilər sözdə ərəbləşsələr də, lakin onların tarixən türklərə qarşı bir nifrət hissi olub və günümüzdə də həmin nifrət hissi qalmaqdadır.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31