PKK Kərkükdəki terrorçularının sayını artırıb

İranyönlü “Haşdi Şəbi” və terrorçu PKK qruplaşmaları İraqın Kərkük şəhərindəki silahlılarının sayını artırıb.

İranyönlü "Haşdi Şəbi" və terrorçu PKK qruplaşmaları İraqın Kərkük şəhərindəki silahlılarının sayını artırıb.

"Report" "Haber 7"yə istinadən xəbər verir ki, İŞİD-in Kərkükə hücumlarından sonra İraq hökuməti şəhərdəki "Haşdi-Şəbi" silahlılarının sayını çoxladıb, terrorçu PKK silahlılarının sayı da artıb.

İnformasiyaya görə, PKK silahlıları İŞİD-ə qarşı mübarizə aparmaq üçün bölgəyə gəlsə də, Kərkükdə qərargah quraraq, şəhərdən çıxmayıblar.

Rəsmi Bağdad bu günədək terrorçu PKK ilə qeyri-rəsmi əlaqə qurub. İraq hökuməti Kərkükdəki terrorçu PKK üzvlərinə maaş belə ödəyir. Məlumata görə, rəsmi Bağdadın "Haşdi Şəbi"yə verdiyi silahların müəyyən hissəsinin PKK-ya ötürüləcəyi ehtimal edilir. PKK-ya nömrəli deyil, xaricdən gətirilən nömrəsiz silahlar veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31