Saxta profilləri necə müəyyən etməli?

İnternetdə insanların təhqir edilməsinin qarşısını almaq mümkün olacaqmı? Saxta profil və ya saxta səhifə dedikdə, təbii ki, bir şəxsin özünə məxsus olan e-mail vasitəsilə başqa adla qeydiyyatdan keçərək başqa ad altında yaradılan profil və ya səhifə başa düşülür. Facebook-un miqyasını nəzərə alsaq, deyə bilərik ki, orada bu saxtalığın radiusu daha da genişdir. Hətta valideynlərin azyaşlı uşaqlar üçün açdığı səhifələri, bir nəfər tərəfindən açılan bir neçə səhifəni də Facebook saxta səhifə olaraq qəbul edir.

İnternetdə insanların təhqir edilməsinin qarşısını almaq mümkün olacaqmı?
 

Saxta profil və ya saxta səhifə dedikdə, təbii ki, bir şəxsin özünə məxsus olan e-mail vasitəsilə başqa adla qeydiyyatdan keçərək başqa ad altında yaradılan profil və ya səhifə başa düşülür. Facebook-un miqyasını nəzərə alsaq, deyə bilərik ki, orada bu saxtalığın radiusu daha da genişdir. Hətta valideynlərin azyaşlı uşaqlar üçün açdığı səhifələri, bir nəfər tərəfindən açılan bir neçə səhifəni də Facebook saxta səhifə olaraq qəbul edir. Saxta Facebook səhifələri və profilləri müxtəlif məqsədlər üçün yaradılır. Kimisi özünün maraqlarını, hobbisini paylaşmaq istəyir. Bu yolla gizli şəkildə özünün real olan digər həyatını göstərmək istəyir. Həmin şəxs düşünür ki, əgər bunları öz adı ilə etmiş olsaydı, ətrafı tərəfindən yaxşı qarşılanmazdı. Kimlərsə də özlərinin ictimai-sosial statusundan ehtiyatlanaraq saxta ad altında Facebook səhifəsi açırlar. Biznes məqsədilə açılan milyonlarla saxta səhifələr var. Hansı ki, onlar saxta "like" toplamağa xidmət edir. Son vaxtlar isə saxta profillərdən insanların təhqir edilməsi, şərəf və ləyaqətinin açlaldıması halları artıb. Bu kimi halları nəzərə alan Milli Məclis Azərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi ad və ya hesablardan istifadə edərək böhtan və təhqirlərə yol verməyin cinayət məsuliyyəti sayılması barədə Cinayət Məcəlləsinə nəzərdə tutan dəyişikliyi qəbul edib. Statistik göstəricilərə görə, hazırda ölkə üzrə əhalinin 80 faizə yaxını internet, 70 faizi genişzolaqlı internet istifadəçisidir. Həmçinin ev təsərrüfatlarının 80 faizə qədərinin də internetə çıxışı var. Bu da imkan verir ki, ölkə əhalisi həm də sosial şəbəkələrdən geniş istifadə edə bilsin. Cari il yanvar ayının 1-ə olan statistikaya görə, ölkədə təkcə Facebook-dan 1,7 milyon əhali istifadə edir. Maraqlıdır, qanunvericilikdə edilən dəyişiklik internetdə insanların təhqir olunmasının qarşısını ala biləcəkmi? 
Əvvala onu qeyd edək ki, sosial şəbəkələr gücləndikcə saxta profillərin də sayı paralel olaraq artır. Hazırda qlobal şəbəkədə saxta hesablar, saxta səhifələrin sayı on minlərlədir. Sosial şəbəkələr inkişaf etdikcə, bir-birinə inteqrasiya etdikcə və ictimai rəyə təsiri artdıqca, onun imkanlarından başqa məqsədlər üçün də istifadəyə meyl də artır. Söhbət təkcə Facebookdan getmir, bu, digər sosial media vasitələrinə də aiddir. Bəs, belə halların qarşısını necə almaq olar? Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu dəyişiklik saxta profillərdən istifadə edərək, vətəndaşların təhqir olunmasının qarşısı alınmasında öz töhfəsini verəcək. O, bildirib ki, qanun layihəsi Baş Prokuror tərəfindən daxil edilib. Beləliklə, Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ay təhqir etmə) maddəsinin əlavə edilməsi ilə bağlı Milli Məclisə təkliflər layihəsinə əsasən internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 1500 manata qədər cərimə və ya 360 saatdan 480 saata qədər ictimai işlər, yaxud 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yeni maddənin "Qeyd" hissəsində göstərilir ki, bu maddədə "saxta istifadəçi adlar, profil və ya hesablar" dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür. Baş prokuror əsaslandırmasında qeyd edir ki, təklif olunan əlavə və dəyişiklər layihəsi internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmənin qarşısının alınması və bu cür hüquq pozuntuları ilə daha səmərəli mübarizə aparılmasını təmin edilməsi məqsədini daşıyır: "Belə ki, təcrübədə xüsusən də internet texnologiyalarının inkişaf etdiyi bir dövrdə bir sıra şəxslər tərəfindən saxta adlar, profil və ya hesablar yaradılaraq insanların təhqir edilməsi hallarına rast gəlinməkdədir. Göründüyü kimi, bu sahənin tənzimlənməməsi və qanunvericilikdə olan müəyyən boşluqlar cinayət əməllərinin və digər bu kimi qanun pozuntularının törədilməsinə şərait yaradır. Odur ki, təklifin qəbulu hüquq pozuntularının qarşısının daha səmərəli şəkildə alınması, onlara qarşı mübarizənin gücləndirilməsi, qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması, habelə qanunvericilikdə olan müəyyən boşluqların aradan qaldırılmasını təmin etməkdir". Millət vəkili Elmira Axundova deyib ki, bu gün sosial şəbəkələr və internet resurslarında ictimai- siyasi xadimlər barədə yetərincə təhqiramiz , şərəf və layaqətinin alçaldılması istiqamətində məlumatlar gedir: "Hətta vəziyyət o həddə çatıb ki, mənəviyyatı pozğun insanlar ölkə başçısı haqqında ağzına gələnləri yazırlar. Bunun səbəbi isə ölkə başçısının tolerant və dözümlü olmasıdır". E.Axundova əlavə edib ki, bu gün ölkə başçısı haqqında tənqidi fikri yazmaq olar: "Ancaq onun təhqir etməyə yol vermək olmaz". Millət vəkili onu da əlavə edib ki, bu gün təkcə ölkə başçısı barədə deyil, eyni zamanda, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və prezidentin ailə üzvləri barədə də mənəviyyatsız yazılar dərc olunur: "Ona görə də təklif edirəm ki, qanunvericilikdə onların da hüquqlarının müdafiəsi ilə bağlı müddəalar öz əksini tapmalıdır".
  İKT üzrə ekspertlər hesab edirlər ki, saxta profilləri müəyyənləşdirən bir mexanizm yoxdur. Bu səbədən də saxta profilləri də aşkara çıxarmaq çətin məsələdir. Bunu yalnız sosial şəbəkələrin özləri istifadəçilərin aktivliyini, profillərdən müəyyən istifadə müddətini nəzərə alaraq onun saxta olduğunu müəyyənləşdirə bilir. Yalnız həmin saxta profillər müəyyən olunduqdan sonra silinir. Ən yaxşı halda sosial şəbəkədə paylaşılan şəkil onun hansı insana aid olduğunu dərhal tanıyır. Paylaşılan statuslar, şəkillər analiz edildikdən sonra müəyyən qərara gəlinir ki, həmin profillər saxtadır ya yox. Bu isə xeyli vaxt aparan bir prosesdir. Yeri gəlmişkən qeyd edək ki, bu yaxınlarda facebook sosial şəbəkəsi 100.000-dən çox saxta profili aşkar edərək onların fəaliyyətini dondurmuşdu.

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31