Gündəm
Kəşfiyyatdan İran və Rusiya XƏBƏRDARLIĞI: “Bu, fəlakətə yol açacaq!”
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Rusiya barədə verdiyi vədləri ilə ehtiyatlı olmalıdır. Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu xəbərdarlıqla ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Brennan çıxış edib.
ŞOK: Dəhşətli təyyarə qəzası 8 ay öncədən DEYİLİBMİŞ
Braziliyanın "Chapecoense" futbol komandasının futbolçularını aparan təyyarənin partlaması iə bağlı tükürpədici faktlar ortaya çıxmağa başlayıb.
Zukerberqin "Facebook" statusları silinib
"Facebook"un yaradıcısı və rəhbəri Mark Zukerberqin bir neçə statusu sosial şəbəkədən silinib. Olaylar.az lent.az-a istinadən xəbər verir ki, noyabrın 29-da M. Zukerberqin 10-a qədər yazısının yoxa çıxdığı məlum olub. Bunlar seçkilər və "Facebook"da yalan xəbərlərin yayılması mövzusunda postlar imiş. Bir müddət sonra onlar bərpa edilib.
Son dövrlər futbolçuları daşıyan təyyarələrdə qəzaların artmasının – Şok sirləri
Kolumbiyada baş verən təyyarə qəzasının sirləri “Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə sidqi-ürəkdən Allahın dininə sarılaraq Ona belə dua edərlər: “Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq!
Yeni ödəniş terminalları quraşdırılır: xırda da qaytaracaq
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi poçt şöbələrində "e-GovPay" ödəniş terminallarının quraşdırılmasına başlayır. Olaylar.az xəbər verir ki, bu barədə Trend-ə Mərkəzdən bildirilib.
Formula 1 yarışı üçün könüllülərin qəbulu aparılır
2017-ci ildə Bakıda ikinci dəfə keçiriləcək Formula 1 yarışı zamanı fəaliyyət göstərəcək könüllülərin qeydiyyatına başlanılıb. 3 min könüllünün qəbulunun nəzərdə tutulduğu Könüllülər Proqramına qeydiyyatın fevralın 28-dək davam etdirilməsi nəzərdə tutulub.
Neft tankerləri toqquşdu
Dardanel boğazında iki neft tankeri toqquşub. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, tankerlərdən biri - Türkiyə bayrağı altında üzən, yükü 140 min ton olan "Beşiktaş Bosphorus" Novorossiysk limanından İtaliyanın Triest limanına hərəkət edib.
Vergi daxilolmaları üzrə ciddi azalmalar var
Bank, tikinti, neft və ticarət sektorundan vergi daxilolmaları üzrə ciddi azalmalar var. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
Erməni-daşnak ordusu sındırılıb
- Belə qeyri-ciddi bəyanatlar dəfələrlə səsləndirilib. Bunu tək Sarkisyan deyil, erməni-daşnak ordusunun bəzi hərbçiləri də məlum aprel hadisələri vaxtı deyirdilər. Hədəf kimi, Bakı, Mingəçevir su anbarı və s. göstərilirdi. Bu bəyanatlarda əsas məqsəd guya ki, erməni tərəfinin müasir silahlara malik olması və yaxud işğalçı ordunun “yüksək səviyyəli” təhcizatından gedir. Son vaxtlar Rusiyadan alınan silahlarla siyasi şoular yaradan Sarkisyan və onun komandası da bu ənənəyə sadiq qalaraq belə populist çıxışlar edirlər.
İqtisadi risklərimiz açıqlandı
Gələn il üçün Azərbaycan iqtisadiyyatı qarşısında duran risklər bəlli olub. Bunu Milli Məclisin komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsində iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib .
Nazir: “Gəlirlərin əhəmiyyətli hissəsi əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinə yönəldiləcək”
“Elektrik enerjisi və qazın qiymətinin artırılması ölkədə ciddi problem yaradacaq”. Bunu 2017-ci il büdcə layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib. O, bildirib ki, Tarif Şurası elektrik enerjisi və qazın qiymətini qaldırmaqla əlavə problemlərə yol açmış oldu: “Belə ki, bu artım əhalidən yığımın səviyyəsini aşağı salmaqla yanaşı, digər məhsullarda və xidmət sahələrində qiymət artımına səbəb olacaq. Bu da ciddi problemlər yaradacaq”.
Ana təbiət qayğı umur
Planetin canlı örtüyünün önəmli payını təşkil edən heyvanların ümumi sayında həcmli azalmalar həyəcan təbili çalmaqdadır. 21ci yüzillik heyvanlar aləmi üçün ən itkili yüzillik olub desək yanılmarıq. Belə ki, insan fəaliyyəti nəticəsində 1970-ci ildən bəri dünyada mövcud olan heyvan növlərinin yarıdan çoxu məhv olub.
Polis əməkdaşı avtomobillə piyadanı vurub
Bakının Nərimanov rayonunda polis əməkdaşının idarə etdiyi avtomobil yolu keçən piyadanı vurub. Hadisə Heydər Əliyev prospektində baş verib. Belə ki, 1992-ci il təvəllüdlü Süleymanov Şamxal Fəxrəddin oğlu yolu keçmək istəyərkən onu 90 ZT 571 dövlət qeydiyyat nişanlı "VAZ 2107" markalı avtomobil vurub. Nəticədə Ş.Süleymanovun iki ayağı sınıb. Yaralı qəzanı törədən avtomobilin sürücüsü tərəfindən xəstəxanaya çatdırılıb. Ş.Süleymanov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir. Qeyd edək ki, qəzanı törədən "VAZ 2107" markalı avtomobilin sürücüsü Sadıqov Nadir Nurəddin oğlu Baş Mühafizə İdarəsinin əməkdaşıdır. O, qəzanı törədərkən xidmətdə olub.
Nazir: “Xarici borclanma labüddür”
“Bank sektorunda sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar dövlət büdcəsi üzrə əlavə borc yükünün və öhdəliklərinin yaranması istisna edilmir”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov deyib. “Bu isə həm xarici, həm də daxili borcun ÜDM-də nisbətinin daha da artmasına gətirib çıxara bilər. Digər tərəfdən qeyd olunmalıdır ki, iri transmilli layihələrin həyata keçirilməsinin maliyyələşdirilməsində Azərbaycanın iştirakı ölkənin xarici borclanmaya gedilməsini labüd edir. Burada söhbət əsasən Cənub Qaz Dəhlizi layihəsindən gedir. Bu borclanmanın geri qaytarılması həmin layihə hesabına nəzərdə tutulsa da, layihə üzrə dövlət zəmanətlərinin verilməsi nəticə etibarı ilə xarici dövlət borcunun artmasını qaçılmaz edəcək”-deyə, nazir sözlərinə əlavə edib.
Siyasi partiyalara ayrılacaq vəsaitin məbləği açıqlandı
Azərbaycanın 2017-ci ilin dövlət büdcəsi layihəsində siyasi partiyalara 2,5 mln. manat həcmində vəsaitin ayrılması nəzərdə tutulub. “Olaylar” xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov gələn ilki büdcə layihəsinin parlament komitələrinin birgə iclasında aparılan müzakirələrdə deyib. Nazirin sözlərinə görə, gələn il və sonrakı illərdə infrastruktur layihələrinin icrası üçün ayrılacaq maliyyə vəsaitinin həcmləri azaldılır. Qeyd edək ki, “Siyasi partiyalar haqqında” qanuna əsasən, dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.













