Siyasi partiyalara ayrılacaq vəsaitin məbləği açıqlandı

Azərbaycanın 2017-ci ilin dövlət büdcəsi layihəsində siyasi partiyalara 2,5 mln. manat həcmində vəsaitin ayrılması nəzərdə tutulub. “Olaylar” xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov gələn ilki büdcə layihəsinin parlament komitələrinin birgə iclasında aparılan müzakirələrdə deyib. Nazirin sözlərinə görə, gələn il və sonrakı illərdə infrastruktur layihələrinin icrası üçün ayrılacaq maliyyə vəsaitinin həcmləri azaldılır. Qeyd edək ki, “Siyasi partiyalar haqqında” qanuna əsasən, dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.

Azərbaycanın 2017-ci ilin dövlət büdcəsi layihəsində siyasi partiyalara 2,5 mln. manat həcmində vəsaitin ayrılması nəzərdə tutulub. "Olaylar" xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov gələn ilki büdcə layihəsinin parlament komitələrinin birgə iclasında aparılan müzakirələrdə deyib. Nazirin sözlərinə görə, gələn il və sonrakı illərdə infrastruktur layihələrinin icrası üçün ayrılacaq maliyyə vəsaitinin həcmləri azaldılır. Qeyd edək ki, "Siyasi partiyalar haqqında" qanuna əsasən, dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31