Gündəm

Neft Fondunun büdcəsi açıqlandı

30 Noyabr 2016 13:04

“Dövlət Neft Fondunun 2017-ci il üçün büdcəsinin gəlirləri 8 370,6 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı illə müqayisədə 4 889,1 mln. manat və ya 2,4 dəfə çoxdur”. Bunu deyən maliyyə naziri Samir Şərifov bildirib ki, Dövlət Neft Fondunun 2017-ci il üçün büdcəsinin xərcləri 6 951,3 mln. manat təşkil edəcək ki, bu da 2016-cı illə müqayisədə 3685,0 mln. manat və ya 34,6% azdır: “Fondun xərclərinin 6 100,0 mln. manatı və ya 87,8%-i dövlət büdcəsinə nəzərdə tutulan transfertə, 822,0 mln. manatı və ya 11,8%-i bir sıra infrastruktur layihələrinin maliyyələşdirilməsinə (qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlər, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu, CQD-i layihələrində Azərbaycanın iştirak payı), 29,3 mln. manatı və ya 0,4%-i “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramları"nın maliyyələşdirilməsinə yönəldiləcək”. 

Deputat: “Rəqabət Məcəlləsi 10 ildir ki, qəbul edilmir” 

30 Noyabr 2016 13:03

"10 ilə yaxındır ki, Azərbaycanda Rəqabət Məcəlləsi qəbul edilmir. Mən iqtisadiyyat nazirinin müavini Sevinc xanımdan da bunu soruşdum. Amma hökumət bu məsələdə hələ də addım atmır”.

Hesablama Palatasının rəyində mübahisəli məqamlar 

30 Noyabr 2016 13:01

“Hesablama Palatasının 2017ci ilin dövlət büdcə layihəsi ilə bağlı hazırladığı rəydə mübahisə doğuran detallar ortaya çıxıb”. “Olaylar” xəbər verir ki, bunu Millim Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə 2017-ci il büdcə zərfinin müzakirəsi zamanı Hesablama Palatısının sədri Vüqar Gülməmmədovun büdcə ilə bağlı hazırladığı rəyə mövqeyini açıqlayarkən deyib. Komitə sədri bildirib ki, Palatanın hazırladığı rəydə obyketiv məqamlarla yanaşı, mübahisə doğuran məsələlər də var: “Ona görə də Hesablama Palatasının üzvləri ilə bu məsələni ayrıca müzakirə etməyə ehtiyac var.

Nazir müavini: “Məşğulluğun təmini əsas hədəf olaraq qalacaq” 

30 Noyabr 2016 13:00

“Sosial siyasət diqqət mərkəzində saxlanılacaq. Məşğulluğun təmini əsas hədəf olaraq qalacaq. İşsizlikdən icbari sığorta sistemi yaradılacaq. Aktiv əmək bazarı proqramlarını genişləndirilməsi Dövlət Məşğulluq Xidmətinin əsas prioritetlərini təşkil edəcək”. Bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Qaz təchizatında məhdudiyyətlər olacaq

30 Noyabr 2016 12:58

Noyabrın 30-da saat 10:00-dan 16:00-dək bir sıra magistral qaz kəmərlərində təmir işləri aparılacaq. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, təmir işləri “Qaz İxrac” İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Altıağac”, Qazax magistral qaz kəmərləri sahəsinin “Xoşbulaq” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında aparılacaq. Təmir müddətində Xızı rayonunun Altıağac, Qızılqazma və Yalınca, Daşkəsən rayonunun Zağalı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Taksi dayanacaqları pasportlaşdırılır

30 Noyabr 2016 12:56

Bakı Nəqliyyat Agentliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ilə birgə paytaxtın inzibati ərazisində minik avtomobili ilə taksi xidməti göstərən fiziki və hüquqi şəxslər üçün maarifləndirici tədbirlərə başlayıb. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, məqsəd, taksi fəaliyyəti ilə məşğul olan sürücülərə onların hüquq və vəzifələri barədə məlumatların verilməsidir.

Arzu Rəhimov vətəndaşları qəbul edəcək

30 Noyabr 2016 12:55

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov dekabrın 22-də vətəndaşları qəbul edəcək. “OLAYLAR”-ın xidmətə istinadən verdiyi xəbərə görə, Xidmətin Aparatının inzibati binasında baş tutacaq qəbulda Şuşa, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər və Xocalı rayon sakinləri iştirak edəcək. Qəbula yazılmaq istəyən vətəndaşların 19.12.2016-cı il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Xarici Kəşfiyyat Xidmətinə əcnəbilərə viza verilməsi sahəsində yeni səlahiyyət verilib

30 Noyabr 2016 12:54

Xarici İşlər Nazirliyi “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə dəyişiklik edib.

Hava qeyri-sabit keçəcək, yağış, sulu qar, qar yağacaq

30 Noyabr 2016 12:50

Bakı və Abşeron yarımadasında dekabrın 1-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi  ilə əvəz olunacaq.

Rusiya Ukraynanı raket zərbələri ilə hədələyib

30 Noyabr 2016 12:48

Ukraynanın Krım istiqamətində hərbi təlim məqsədilə raket buraxacağı təqdirdə, Rusiya cavab tədbiri görəcəyini bildirib.

Azərbaycanda 5 bəbir balası doğulub

30 Noyabr 2016 12:45

Hirkan Milli Parkı (MP) ərazisində 2016-cı ilin payız aylarında ana bəbirin 2 balası ilə fotoşəkli qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, fotoları Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) beynəlxalq ekoloji kampaniyası Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) dəstəyi ilə bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdiyi layihə çərçivəsində quraşdırılmış foto-tələlər vasitəsilə əldə etmək mümkün olub.

Bədəni ilə fəxr edən 46 yaşlı müğənni pəhriz sirrini açıqladı

30 Noyabr 2016 12:42

Meray Keri öz bədən quruluşu ilə fəxr edən və onu nümayiş etdirməkdən zövq alan müğənnilər siyahısında liderlik edir.

Məşhur serialda rəzillik: Söyüş söyüb...

30 Noyabr 2016 12:40

Kıvanç Tatlıtuğ ilə Tuba Büyüküstünün baş rolunu oynadığı "Cəsur və Gözəl” serialının çəkilişlərində xoşagəlməz hadisə baş verib.

Dünyanı nizamda saxlayan sirli mərkəzlər

30 Noyabr 2016 12:38

Dünyada gəzməli, görməli yerlər çoxdur. Hər il milyonlarla turist ayrı-ayrı ölkələrin füsunkar yerlərinə səyahət edir, gəzir, dincəlir. Amma bir də var hamının səthi olaraq tanıdığı, bildiyi, lakin gəzmək imkanının olmadığı yerlər, sirli məkanlar.

İdmançının xanımından ETİRAF: "Yatağımın yanında qırmanc saxlayıram"

30 Noyabr 2016 12:36

NBA-nın ulduz basketbolçusu Lamar Odomun keçmiş həyat yoldaşı Xlo maraqlı etiraflar edib. Olaylar.az fanat.az-a istinadən xəbər verir ki, o, seks həyatı ilə bağlı açıqlamalar verib.