Rusiya Ukraynanı raket zərbələri ilə hədələyib

Ukraynanın Krım istiqamətində hərbi təlim məqsədilə raket buraxacağı təqdirdə, Rusiya cavab tədbiri görəcəyini bildirib.

Ukraynanın Krım istiqamətində hərbi təlim məqsədilə raket buraxacağı təqdirdə, Rusiya cavab tədbiri görəcəyini bildirib.

APA-nın xəbərinə görə, bu barədə Ukraynanın "Zerkalo nedeli" (zn.ua) saytı Ukrayna Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

PKK Kərkükdəki terrorçularının sayını artırıb

Məlumatda bildirilir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın Rusiyadakı hərbi attaşesinə bu barədə məktub təqdim edib. Məktubda qeyd olunub ki, əgər Ukrayna Krım istiqamətində raket buraxarsa, Rusiya həmin raketləri vuracaq və buraxıcı qurğulara zərbə endirəcək.  

Xatırladaq ki, Ukrayna təlim məqsədilə Krımda, öz hava məkanı saydığı zonada raket buraxılışı həyata keçirməyi planlaşdırıb. Rusiya isə bunun beynəlxalq hüquqa zidd olduğunu bəyan edərək Ukraynanı öz niyyətindən vaz keçməyə çağırıb. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədriAleksandr Turçinov bildirib ki, bütün beynəlxalq sənədlərə əsasən Rusiyanın Qara dəniz üzərindəki suveren hava məkanı Kerç boğazının ortasında bitir. O, Ukraynanın Kerç boğazında təlim keçirmək fikrində olmadığını deyərək Rusiyanın reaksiyasını isterika adlandırıb.  Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31