Gündəm
Kiçik Kərimovdan ŞOK İDDİALAR: “Onun oxşarını tapıblar və...”
“Anam sağdır, amma Özbəkistanda hamıya onun oxşarını göstərirlər”. Publika.az xəbər verir ki, bunu Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun nəvəsi, Gülnarə Kərimovanın oğlu İslam Kərimov BBC-yə videomüsahibəsində deyib.
Məleykə Abbaszadə: “Buraxılış imtahanlarında çətin suallar olmayacaq”
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib. Publika.az xəbər verir ki, iclasda DİM saytının strukturunun müzakirəsi, “Abituriyent” jurnalının xüsusi buraxılışının təqdim edilməsi, ləğvetmə komissiyasının iş planı və digər cari məsələlər müzakirə edilib.
PKK Kərkükdəki terrorçularının sayını artırıb
İranyönlü “Haşdi Şəbi” və terrorçu PKK qruplaşmaları İraqın Kərkük şəhərindəki silahlılarının sayını artırıb.
İnternetdə ehtiyatlı olun: "çılpaq şantaj ovçu"ları peyda olub - VİDEO
"İnternetdə və xüsusilə də sosial şəbəkələrdə tanışlıq zamanı həddən artıq ehtiyatlı olun. Yad insanlara etimad göstərməyə tələsməyin. Onlar sizi tora sala bilərlər". Britaniyanın Milli Kriminal Agentliyi (National Crime Agency) internetdə tanışlıqdan sui-istifadə edən və şantaj üçün bəhrələnən, "çılpaq şantaj ovu" adlanan prosesin genişləndiyini bəyan edib.
Dekabr ayının hava proqnozu açıqlanıb
Dekabr ayına olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.
DİN Azərbaycan-Rusiya sərhədində keçirilən əməliyyatlarla bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan-Rusiya sərhədində aparılan əməliyyatlarla bağlı məlumat yayıb.
Bu ilin 11 ayı ərzində Azərbaycanda 464 nəfər İİV-ə yeni yoluxub
"2016-cı ilin 11 ayı ərzində Azərbaycanda 464 nəfər İİV-ə (insanın immunçatışmazlığı virusu) yeni yoluxub". Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov 1 dekabr - Ümümdünya QİÇS-lə Mübarizə Gününə həsr edilmiş tədbirdə deyib.
Tarkan: "Həyat yoldaşım evdə məni gözləyir, qaçmalıyam!"
Tarkan dünən Əczaçılıq İdarəsinin sədri Bülənd Eczaçıbaşı ilə yemək yeyib. Olaylar.az publika.az-a istinadən xəbər verir ki, uzun müddət davam edən söhbətdən sonra ulduz çıxışda pərəstişkarları ilə foto çəkdirib. Lakin sənətçi jurnalistlərin suallarını cavabsız qoyaraq: "Həyat yoldaşım evdə məni gözləyir, icazənizlə qaçım", - deyərək avtomobilinə minib.
Prezident İlham Əliyev "Euronews" və "Rossiya-24" telekanallarının suallarını cavablandırıb
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi - "Bakutel-2016" ilə tanışlıq zamanı "Euronews" və "Rossiya-24" telekanallarının suallarını cavablandırıb.
20-dən çox jurnalist Kolumbiyadakı təyyarə qəzasında öldü
Kolumbiyada baş verən təyyarə qəzası nəticəsində ölənlər arasında Braziliya KİV-lərinin 21 əməkdaşı olub. Bu barədə Braziliya Jurnalistlərinin Milli Federasiyası məlumat yayıb. RİA Novosti informasiya agentliyi xəbər verir ki, təşkilatın məlumatına görə, həyatını itirən jurnalistlərin əksəriyyəti Rio-de–Janeyro, Santa-Katarina və San-Pauludan olan KİV əməkdaşlarıdır. Peşəkar qəzet, radio və televiziya idman jurnalistləri Kolumbiyada keçiriləcək futbol oyununu işıqlandırmağa gedirdilər.
Amerikalı terrorçu 1000 nəfəri öldürməliymiş SALLİVANIN ETİRAFLARI
ABŞ-ın şimali Karolina ştatının 20 yaşlı sakini Castin Sallivan ötən gün keçirilən məhkəmədə etiraf edib ki, ölkə ərazisində “İslam Dövləti” terror təşkilatı adından böyük terror hadisəsi törətməyi planlaşdırıb. SİA xəbər verir ki,bu barədə ölkənin ədliyyə nazirliyinin rəsmi səhifəsində qeyd edilib.
Qaynatasını öldürən gəlin: "Mənə sahib olmaq istəyirdi"
Bursanın Orhanqazi qəsəbəsində onu zorlamaq istəyən qaynatasını öldürən qadının məhkəməsi keçirilib.
Sürücü iki yol polisini belə döydü - VİDEO
Yol polislərini qayda pozan sürücü döyüb. Hadisə Ukraynada baş verib. Avtosfer.az xəbər verir ki, ailəsi ilə birlikdə yol polislərinə hücum edən sürücü onların hər ikisini döyüb. Polislərdən biri kömək çağırmağa gedərkən o biri əməkdaş sürücünün hücumuna məruz qalıb və döyülüb. Sürücünün zərbələrindən bir neçə dəfə yerə yıxılan polis son ana qədər papağını əldən buraxmayıb.
Ermənistan Müdafiə Nazirliyi özü özünü ifşa edir
Ermənistanın "Joğovurd" ("Xalq") gündəlik qəzetinin verdiyi məlumata görə, noyabrın 29-da Ermənistan Müdafiə Nazirliyinin 20 yaşlı hərbi qulluqçusu Narek Asatryan təxris edilməsindən bir gün əvvəl baş nahiyəsindən yaralanması nəticəsində Nazirliyin Mərkəzi Hərbi Hospitalında ölüb.
Milli Məclisdə büdcə müzakirələri başlanıb
Azərbaycan Respublikasının 2017-ci il üzrə dövlət büdcə zərfi Milli Məclisdə komitələrin birgə müzakirəsinə çıxarılıb. “Olaylar” xəbər verir ki, müzakirələrdə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyyatlar, energetika və ekologiya , Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət və İctimai birliklər və dini qurumlar komitələri birgə iştirak edir.














