20-dən çox jurnalist Kolumbiyadakı təyyarə qəzasında öldü

Kolumbiyada baş verən təyyarə qəzası nəticəsində ölənlər arasında Braziliya KİV-lərinin 21 əməkdaşı olub. Bu barədə Braziliya Jurnalistlərinin Milli Federasiyası məlumat yayıb. RİA Novosti informasiya agentliyi xəbər verir ki, təşkilatın məlumatına görə, həyatını itirən jurnalistlərin əksəriyyəti Rio-de–Janeyro, Santa-Katarina və San-Pauludan olan KİV əməkdaşlarıdır. Peşəkar qəzet, radio və televiziya idman jurnalistləri Kolumbiyada keçiriləcək futbol oyununu işıqlandırmağa gedirdilər.

Kolumbiyada baş verən təyyarə qəzası nəticəsində ölənlər arasında Braziliya KİV-lərinin 21 əməkdaşı olub. Bu barədə Braziliya Jurnalistlərinin Milli Federasiyası məlumat yayıb. RİA Novosti informasiya agentliyi xəbər verir ki, təşkilatın məlumatına görə, həyatını itirən jurnalistlərin əksəriyyəti Rio-de-Janeyro, Santa-Katarina və San-Pauludan olan KİV əməkdaşlarıdır. Peşəkar qəzet, radio və televiziya idman jurnalistləri Kolumbiyada keçiriləcək futbol oyununu işıqlandırmağa gedirdilər.

Xatırladaq ki, göyərtəsində 72 sərnişinin, o cümlədən Braziliya futbolçularının və 9 ekipaj üzvünün olduğu təyyarə Medelin şəhərinin yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 81 nəfərdən 75-i həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31