Gündəm

İcra başçısı sahibkarlarla görüşüb

30 Noyabr 2016 11:48

İsmayıllı Rayon İcra Hakimiyyətində Mirdaməd Sadıqov və Azərbaycan Respublikası Vergilər Nazirinin müavini Sahir Məmmədxanovun rayon sahibkarlarının bir qrupu ilə görüşü keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayonda sahibkarlığın hazırki vəziyyəti, gələcək perspektivləri, eləcə də 2017-ci ildə açılışı nəzərdə tutulan obyektlərdə işlərin vəziyyətini bir daha təhlil edib, Sonra Azərbaycan Respublikası Vergilər Nazirinin müavini Sahir Məmmədxanov həyata keçirilən layihələr barəsində iş adamları və sahibkarlara müvafiq istiqamət verib. Tədbir işgüzar şəraitdə keçib, sahibkarları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müsabiqəsi elan edir

30 Noyabr 2016 11:45

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətənpərvərlik təbliğatının yüksəldilməsi və Xidmətin yaradılmasının 5-ci ildönümü münasibəti ilə ümumtəhsil məktəblərinin X - XI sinif şagirdləri arasında “Sabahın əsgəri” adlı yazı müsabiqəsi elan edir. “OLAYLAR”-ın Dövlət Xidmətinə istinadən verdiyi xəbərə görə, müsabiqəyə hər şagird yalnız bir yazı təqdim edə bilər.

AXCP-Müsavat savaşı – “Azadlıq”-“Basta.info” çərçivəsində QARŞIDURMA

30 Noyabr 2016 11:44

Əli Kərimlinin müavini müsavatçıların media saytını ittiham etdi Bir müddətdir AXCP və Müsavat partiyaları arasında səngimiş qarşıdurmalar yenidən qızışmağa başlayıb. Belə ki, bu dəfə müsavatçıları hədəfə alan Əli Kərimlinin müavini Gözəl Bayramlı olub. Onun Müsavat başqanı Arif Hacılının qardaşı, partiya məclisinin üzvü Mustafa Hacıbəylinin nəzarətində olan “basta.info” saytını hədəfə almasının isə səbəbləri ortaya çıxıb. Daha dəqiq desək, bir müddət öncə, sabiq cəbhəçi Çingiz Tağızadənin Gözəl Bayramlını “ölümlə” təhdid etməsi sonda birincinin 12 sutkalıq həbs cəzası alması ilə nəticələnib. Məhz bu şəxsin mövqeyi daha sonradan müsavatçıların saytında dərc eidlib. Bu isə AXCP sədrinin müavininin xoşuna gəlməyib və social şəbəkədəki səhifəsi vasitəsilə hiddətini bildirib.    

Faciəyə düşmüş klubda yasdır

30 Noyabr 2016 11:42

Braziliyanın "Şapokoense" futbol klubunun heyətinin olduğu təyyarənin qəzaya uğradığı məkanda axtarışlar başa çatıb.

Türkiyə ordusundan PKK-ya daha bir zərbə

30 Noyabr 2016 11:41

Türkiyə Silahlı Qüvvələri (SQ) 28-29 noyabr tarixlərində PKK terror təşkilatına qarşı əməliyyat keçirib. Olaylar.az  Trend-ə istinadən xəbər verir ki, əməliyyatın gedişində 10 terrorçu zərərsizləşdirilib.

Ermənistanda böyük iqtisadi geriləmə müşahidə edilir

30 Noyabr 2016 11:38

Bütün sahələrdə iflasa uğrayan Ermənistanda böyük iqtisadi geriləmə müşahidə edilir. Bunun nəticəsində yaranan sosial problemlər isə işğalçı ölkədə miqrasiya tempini artırıb.

Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini hər zaman dəstəkləyir

30 Noyabr 2016 11:36

"Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli tənzimlənməsində Azərbaycanın mövqeyini dəstəkləyir". Olaylar.az xəbər verir ki, bunu Trend-ə eksklüziv müsahibəsində Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan deyib.

Türkiyənin nəqliyyat naziri Cavid Qurbanovla görüşüb

30 Noyabr 2016 11:33

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan ilə görüş keçirilib.

Cəbhədə 20 dəfə atəşkəs rejimi pozulub

30 Noyabr 2016 11:32

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 20 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Hülya Avşar 1 milyona razılaşdı

30 Noyabr 2016 11:29

33 ildir maqazin dünyasının içində olan 53 yaşlı Hülya Avşar 9 aydır uzaqlaşdığı televiziyaya qayıdır. Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Hülya Avşar, "Star TV" ilə 1 illiyinə 1 milyon lirə qarşılığında razılığa gəlib.

Tramp Azərbaycanda nə qədər pul qazanıb? - ABŞ KİV-i açıqladı

30 Noyabr 2016 11:25

Amerika KİV-i 2014-cü ilin yanvarından 2016-cı ilin mayına qədər olan dövrdə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Azərbaycanda nə qədər pul qazandığını açıqlayıb. Məlum olub ki, Tramp özü yalnız "Trump" adından istifadə üçün 2,8 milyon dollardan çox pul alıb.

Türk aparıcının qətliylə bağlı YENİ QƏRAR

30 Noyabr 2016 11:21

Türkiyənin tanınmış yazarı Ahmet Altanın oğlu Kerem Altanın evində ölü tapılan aparıcı, aktrisa Defne Coy Fosterin ölüm hadisəsiylə bağlı prokurorluq yeni bir qərar çıxarıb.

"Akula Akif" barəsində cinayət işinin istintaqı dayandırılıb

30 Noyabr 2016 11:16

“MTN işi” üzrə axtarışa verilən Akif Mustafayevin ("Akula Akif") barəsində olan cinayət işi üzrə icraat dayandırılıb. APA-nın məlumatına görə, A. Mustafayev haqqında axtarış elan edildiyi üçün onun barəsindəki cinayət işi üzrə icraatın dayandırılmasına qərar verilib.