Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini hər zaman dəstəkləyir
"Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli tənzimlənməsində Azərbaycanın mövqeyini dəstəkləyir". Olaylar.az xəbər verir ki, bunu Trend-ə eksklüziv müsahibəsində Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan deyib.
30 Noyabr 2016 11:36 Siyasət"Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli tənzimlənməsində Azərbaycanın mövqeyini dəstəkləyir".
Olaylar.az xəbər verir ki, bunu Trend-ə eksklüziv müsahibəsində Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan deyib.
O bildirib ki, Türkiyə və Azərbaycan iki dövlət, bir millətdir.
Nazir əlavə edib: "Bu prinsipə əsaslanaraq, Ankara və Bakı arasında strateji əlaqələr mövcuddur və inkişaf edir".
Türkiyə və Azərbaycanın bütün beynəlxalq platformalarda hər zaman bir-birini dəstəklədiyini deyən nazir qeyd edib ki, bu fakt Ankaranı sevindirir.
Ə.Arslan qeyd edib ki, Türkiyə və Azərbaycan əməkdaşlığı gələcəkdə də yüksələn templə inkişaf edəcək: "Bu, bizim dövlətlərimiz və xalqlarımız üçün vacibdir".