Qaz təchizatında məhdudiyyətlər olacaq

Noyabrın 30-da saat 10:00-dan 16:00-dək bir sıra magistral qaz kəmərlərində təmir işləri aparılacaq. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, təmir işləri “Qaz İxrac” İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Altıağac”, Qazax magistral qaz kəmərləri sahəsinin “Xoşbulaq” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında aparılacaq. Təmir müddətində Xızı rayonunun Altıağac, Qızılqazma və Yalınca, Daşkəsən rayonunun Zağalı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Noyabrın 30-da saat 10:00-dan 16:00-dək bir sıra magistral qaz kəmərlərində təmir işləri aparılacaq. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, təmir işləri "Qaz İxrac" İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin "Altıağac", Qazax magistral qaz kəmərləri sahəsinin "Xoşbulaq" qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında aparılacaq. Təmir müddətində Xızı rayonunun Altıağac, Qızılqazma və Yalınca, Daşkəsən rayonunun Zağalı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31