Hava qeyri-sabit keçəcək, yağış, sulu qar, qar yağacaq

Bakı və Abşeron yarımadasında dekabrın 1-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi  ilə əvəz olunacaq.

Bakı və Abşeron yarımadasında dekabrın 1-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi  ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 3-5° isti, gündüz  8-11° isti, Bakıda gecə  3-5° isti, gündüz  9-11° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  norma daxilində 760 mm civə sütunu, nisbi rütubət  80-90 %  təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz bəzi rayonlarda yağıntıda fasilə olacaq. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə  0-4° isti, gündüz  4-8° isti olacağı gözlənilir.

Dekabrın 1-dən 3-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° enəcək. Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31