Son dövrlər futbolçuları daşıyan təyyarələrdə qəzaların artmasının – Şok sirləri

Kolumbiyada baş verən təyyarə qəzasının sirləri “Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə sidqi-ürəkdən Allahın dininə sarılaraq Ona belə dua edərlər: “Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq!

Kolumbiyada baş verən təyyarə qəzasının sirləri

"Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə sidqi-ürəkdən Allahın dininə sarılaraq Ona belə dua edərlər: "Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq!

Onları xilas edincə yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa başlayarlar. Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz əleyhinizədir. Sonra hüzurumuza qayıdacaqsınız, Biz də nə etdiklərinizi sizə xəbər verəcəyik". "Quran", "Yunis" surəsi, 22-23.

Xəbər verildiyi kimi, göyərtəsində Braziliyanın  "Şapekoense" futbol komandasının olduğu təyyarənin Kolumbiyada qəzaya uğraması nəticəsində 75 nəfər ölüb. Bu mövzuda əvvəlki hesablamalarımızla tanış olanlara məlumdur ki, təyyarə qəzaları təsadüfü baş verməyib, xüsusi bir qanunauyğunluğa tabedir. Elə isə, dünən Kolumbiyada baş   verən bu qəzadakı qanunauyğunluqlara nəzər salaq. 

Əvvəlcə qeyd edim ki, bu qəzada da öncəkilərdə olduğu kimi qanunauyğunluq özünü 114 və 286 ədədləri ilə biruzə verir ki, bu da yolun azmış bəşəriyyətin diqqətini bəşəri dəyərlər toplusu olan  "Quran"a,  cəlb etmək məqsədi daşıyır (birinci ədəd "Quran"ın surələrinin, ikinci isə, səhifələrinin sayı olmaqla bu ədədlər müqəddəs kitabın kodları sayılır).

Məsələn:

1)    Bu il avqustun 6-da İtalyanın Berqamo hava limanında "Boeing-737" markalı təyyarə uçuş-enmə zolağından çıxaraq, maşın yoluna girdi. Nəticədə ölən və yaralananlar oldu. Maraqlıır ki, dünən futbolçuları daşıyan təyyarə qəzaya uğrayanda həmin hadisənin 114-cü (!) günü idi. 

2) 26 oktyabr 2015-ci il tarixdə Riqa-Bürüssel reysi ilə uçan və içərisində tanınmış azərbaycanlı   jurnalistin də olduğu "Boeing-737" markalı təyyarə qəza keçirərək, hava limanından kənarda düzənlik sahəyə düşdü (xoşbəxtlikdən sərnişilər xilas edildilər). Burada diqqət çəkən məqam ondan ibarətdir ki, bu hadisə ilə Kolumbiyadakı qəza arasında 400 gün fərq vardır. Bundan "Quran"ın surələrinin sayını çıxdıqda, yenə də müqəddəs kitabın səhifələrinin sayı görünür və bir daha diqqətimizi müqəddəs kitaba yönəldir:

400 - 114 = 286

3) Xatırladım ki, 17 fevral 2016-cı ildə ABŞ-a məxus "Boeing-757" markalı təyyarə İngiltərədə, İngiltərəyə məxsus "A-320" isə, Fransada eyni gündə qəza keçirdilər. Maraqlıdır ki, dünən Kolumbiyada futbolçuları daşıyan təyyarə qəzaya  uğrayanda yuxarıda qeyd etdiyim iki qəzanın 286-cı (!) günü idi ki, bu da hadisələrin biri-birinə zəncirvari bağlı olduğunu və biri-birinin davamı olduğunu bir daha sübut edir.

4) 8 may 2015-ci il tarixdə İspaniyada "A-400" markalı (114+286) sərnişin təyyarəsi Coco-Cola (!) zavoduna çırpıldı. Elmi-lədun hesablamalarımız göstərir ki, dünən futbolçular qəzaya uğrayanda həmin hadisənin 572-ci günüdür ki, bundan da "Quran"ın kodunu (286) çıxsaq, yenə də müqəddəs kitabın rəmzi olan 286 ədədi alınır və  hadisələrin Allahdan kodlaşdırılmış xəbərdarlıq olduğunu bir daha təsdiq edir:

572 - 286 = 286

5) Braziliya futbolçuları təyyarə qəzasına düşəndə Əlcəzairə məxsus "A-320" təyyarəsinin 117 sərnişinlə birlikdə yoxa çıxmasının 858-ci  günü idi:

858 - 286 - 286 = 858

Xatırladım ki, bütün Günəş və Ay tutulmaları (astronomik xəbərdarlıqlar), eləcə də təyyarə qəzaları (kodlaşdırılmış xəbərdarlıqlar) hamısı "Quran"ın səhifələrinin üç misli olan 858 gündən bir təkrarlanır. Bu da onunla bağlıdır ki, insan müqəddəs kitaba and içəndə, yaxud tövbə edib doğru yola qayıdanda bunu üç dəfə təkrarlayır. Bəlkə tövbə edib doğru yola qayıdaq?!

Oxucularımızın diqqətini daha bir maraqlı məqama cəlb edək ki,  son dövrlər idmançıları daşıyan təyyarələrin qəzaya uğraması halları çoxalmışdır. Bunu necə izah etmək olar?

Bizcə bu onunla əlaqədardır ki, müasir dövrdə ölkələr mənasız idman yarışlarına küllü miqdarda pul sərf etməklə, israfçılığa yol verirlər. Hansı ki, həmin ölkələrdə bir tikə çörəyə möhtac olan vətəndaşlar var. Həmin milyonlarla pulu ac insanların sosial problemlərinin həllinə yönəltmək  daha savab və Allaha xoş gedən əməl olardı, nəinki onların boğazlarından kəsib hansısa yaramaz futbolçulara verib onları harınlaşdırmaq (idmançıların necə harın və pozğun həyat keçirmələri hamımıza məlumdur). 

Sual yaranır: ölkələr bəs niyə belə edirlər?

Məsələ burasındadır ki, bu gün dünyada idman sektoruna masson lojaları nəzarət edirlər və burada dövr edən milyardlar da son nəticədə onların büdcəsinə daxil olur. Həmçinin, bu lojaların ölkələrə, onların idarəçilərinə təsirləri də kifayət qədərdir. Məhz bu təsirlərdən istifadə edib dövlət büdcələrinin əhəmiyyətli hissəsini mənasız idman yarışlarına ayrılmasına nail olurlar.

Burada kütləyə yönəlik psixoloji məqamları (siyasəti) da nəzərə almamaq olmaz. Belə ki, fərdlər tamaşaçı qismində idman meydançasına toplaşdıqda onların şüurlarındakı fərdilik itir və onlar düşüncə qabiliyyətini itirmiş kütləyə çevrilirlər. Məhz bu səbəbdəndir ki, bir komandanın azarkeşi digər komandanın azarkeşini öldürməyə hazır olur (çox vaxtlar da öldürür) lap doğma qardaşı olsa belə. Göründüyü kimi, kütləvi idman yarışları insanların psixologiyasına mənfi təsir göstərir və onları bir növ şüursuz, düşüncəsiz hala gətirir. Masson lojalarının bu cür yarışları artırmalarının (genişləndirmələrinin) kökündə dayanan səbəblərdən biri - bəlkə də ən mühümü məhz budur: insanları fərdi düşüncə qabiliyyətindən məhrum edib, şüursuzlaşdırmaq, kütləyə çevirmək!

Onların bəşəriyyətə yönəlik bu fitnə-fəsadı Allahın qəzəbinə səbəb olduğundan tez-tez idmançıları daşıyan təyyarələr qəzaya uğrayırlar. Bu qəzaların "Quran"ın kodlarına bağlanması və biri-biri ilə riyazi şəkildə əlaqələnməsi fikrimizi bir daha təsdiq edir. 

"İnsan tələsən (hövsələsiz) yaradılmışdır. Ayələrimi (zalımların cəzalanacağı haqda hökmlərin bütün dövrlrə aid olduğunu) sizə göstərəcəyəm. Hələ Məni tələsdirməyin!" "Quran", "Peyğəmbərlər" surəsi,  37.  

Paşa Yaqub - Yazıçı-psixoloq 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31