Zukerberqin "Facebook" statusları silinib

"Facebook"un yaradıcısı və rəhbəri Mark Zukerberqin bir neçə statusu sosial şəbəkədən silinib. Olaylar.az lent.az-a istinadən xəbər verir ki, noyabrın 29-da M. Zukerberqin 10-a qədər yazısının yoxa çıxdığı məlum olub. Bunlar seçkilər və "Facebook"da yalan xəbərlərin yayılması mövzusunda postlar imiş. Bir müddət sonra onlar bərpa edilib.

"Facebook"un yaradıcısı və rəhbəri Mark Zukerberqin bir neçə statusu sosial şəbəkədən silinib.

Olaylar.az lent.az-a istinadən xəbər verir ki, noyabrın 29-da M. Zukerberqin 10-a qədər yazısının yoxa çıxdığı məlum olub. Bunlar seçkilər və "Facebook"da yalan xəbərlərin yayılması mövzusunda postlar imiş. Bir müddət sonra onlar bərpa edilib.
 
Şirkətin nümayəndəsi hadisənin təsadüf nəticəsində baş verdiyini açıqlayıb: "Bu, bizim sistemlərimizdən birinin səhvi ucbatından baş verib. Markın akkauntu sındırılmayıb".
 
M. Zukerberqin silinən postlarından biri (12 noyabr tarixli) ABŞ-dakı seçkilər, "Facebook"da uydurma məlumatların yayılması və "komplo nəzəriyyəsi" ilə bağlı olub. 19 noyabr tarixli digər statusunda isə o, uydurmalarla mübarizə planını təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31