Vergi daxilolmaları üzrə ciddi azalmalar var

Bank, tikinti, neft və ticarət sektorundan vergi daxilolmaları üzrə ciddi azalmalar var. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Bank, tikinti, neft və ticarət sektorundan vergi daxilolmaları üzrə ciddi azalmalar var. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, idman-mərc oyunlarında vergidən yayınalar çoxdur. Belə ki, ötən dövr ərzində 105 mindən çox yeni vergi ödəyiciləri qeydə alınıb. Onların 20 mindğn çoxu hüquqi şəxslərdir. Nazir müavini əlavə edib ki, nağdsız ödənişlərlə bağlı hökumətə təkliflər verilib: "Bu, çox ciddi vergi bazasıdır. Biz 2011-ci ildə də bununla bağlı təkliflər irəli sürmüşdük. Amma deyim ki, çox ciddi müqavimətlər var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31