Orqan transplantasiyasında yaşanan problemlər 

Meyitlərdən orqan köçürülməsi niyə mümkün deyil? Dünyada geniş yayılmış orqan transplantasiyası əməliyyatı Azərbaycanda da tətbiq edilməkədir. Artıq ölkədə çoxsaylə belə əməliyyatlar həyata keçirilib. Lakin Azərbaycanda meyitdən orqan transplantasiyasının aparılmaması ilə bağlı real problemlərin olduğu bildirilir. Bu problemlər beyin ölümü diaqnozunun qoyulmaması, eyni zamanda meyitlərdən orqan köçürülməsi haqqında təlimatların olmaması ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, orqan köçürülmə əməliyyatı yalnız beyin ölümü diaqnozu quyulmasından sonra aparıla bilər. İndiyə qədər həyata keçirilən əməliyyatlar canlılar hesabına reallaşdırılıb. 

Meyitlərdən orqan köçürülməsi niyə mümkün deyil?
 

Dünyada geniş yayılmış orqan transplantasiyası əməliyyatı Azərbaycanda da tətbiq edilməkədir. Artıq ölkədə çoxsaylə belə əməliyyatlar həyata keçirilib. Lakin Azərbaycanda meyitdən orqan transplantasiyasının aparılmaması ilə bağlı real problemlərin olduğu bildirilir. Bu problemlər beyin ölümü diaqnozunun qoyulmaması, eyni zamanda meyitlərdən orqan köçürülməsi haqqında təlimatların olmaması ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, orqan köçürülmə əməliyyatı yalnız beyin ölümü diaqnozu quyulmasından sonra aparıla bilər. İndiyə qədər həyata keçirilən əməliyyatlar canlılar hesabına reallaşdırılıb. 
Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, əslində bu məsələ bizin qanunvericilikdə tam şəkildə əksini tapıb. Söhbət ondan gedir ki, neçə illər əvvəl qəbul edilmiş qanunun məlum maddəsinin həyata keçməsində ciddi addımlar yoxdur. Bu gün Azərbaycanda orqan transplantasiyası üzrə yaxşı mütəxəssislər də var. Amma qanunun sözgedən maddəsinin işləməməsi nəticəsində ölkədə yalnız iki orqan köçürülməsi əməliyyatı aparılır. Bu artan orqanlardan qara ciyər əməliyyattı, cüt orqanlardan isə böyrək əməliyyatıdır: "Bunlardan başqa heç bir orqan köçürülməsi əməliyyatı aparılmır. Nəticədə vətəndaşlarımız xarici ölkələrə üz tutmağa məcbur olurlar. Bu da ölkə vətəndaşları üçün ciddi maliyyə problemi yaradır. Nəzərə almaq lazımdır ki, hər insanın imkanı yoxdur ki, xaricdə orqan köçüçrlməsi əməliyyatı etdirsin". Onun sözlərinə görə, yaranməş vəziyyət nəticəsində ölkədən külli miqdarda valyutanın çıxması reallaşır:"Niyə həm insanlarımıza, həm də büdcəyə zərər dəyməlidir? Ölkədə ən müasir tibbi avadanlıqla təmin olunmuş xəstəxanalar, peçəkar mütəxəssislər olduğu halda niyə insanlarımız xarici ölkələrə üz tutmalıdır? Sadəcə mövcud qanunun icrası təmin olunmalıdır ki, vətəndaşlarımızın problemi aradan qalxmış olsun". Millət vəkili onu da bildirib ki, bu məsələdə heş kim məcbur edilmir ki, donor olsun, orqan köçürülməsinə cəlb edilsin. Bu proses könüllü şəkildə həyata keçirilir. Dünya təcrübəsində də orqan köçürmələri əməliyyatı könüllü aparılır. Kim istəyirsə həyatının sağlıq dönəmində vəsiyyətnamə yazır, bir qəza və ya digər hadisə baş verəsə onun orqanlari ixtisaslaşmış mərkəzlərə köçürülür. Həmin orqanlar ehtiyacı olan, növbə gözləyən insanlara köçürülr. Belə praktika dünyanın bütün inkişaf etmiş ölkəsində mövcuddur. 
Həkim deputat Rəşad Mahmudov bildirib ki, orqan köçürülməsi məsələsində görünməyən incə bir məsələ var. Hələ 2009-cu ildə Azərbaycanda dünyanın aparıcı mütəxəssilərinin iştirakı ilə orqan transplantasiyası ilə bağlı müzakirələr aparıldı. Məlum oldu ki, "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikasının Qanunu dünyanın aparıcı ölkələrinin qanunlarından heç də geri qalmır. Sözügedən qanunda orqan köçürmələri ilə bağlı bütün məsələlər, o cümlədən insan ölümü, ölümdən sonra beyinin ölmünün diaqnozu və insanın istifadə edəcəyi orqanlarla bağlı yaxınlarının razılığı məsələləri öz əksini tapıb: "Lakin bu məsələdə düşünməyə ehtiyacı olan bir məsələ var ki, nə üçün qanunlarımız var ikən, bu işləri apara biləcək mərkəzlər və mütəxəssislərimiz var ikən hələ də problemlərlə üzləşirik? Düşünürəm ki, bu məsələ ilə əlaqədar müvafiq icra strukturları ilə geniş müzakirələr aparılmalıdır. Bu günə qədər ölkədə beyin ölümü diqanozu tibb təhsilində öz əksini tam şəkildə tapmayıb. Hazırda Azərbaycan tələbəsi, gələcəyin həkiminin beyin ölümü diaqnozu qoymaqla bağlı ciddi problemləri var. Yalnız bunun səbələrini müəyyən etdikdən sonra qalan problemləri həll edə bilərik. Çünki qanunvericiliyə əsasən heç bir insanın verdiyi icazə ilə onun orqanları istifadə edilə bilməz. Bunun üçün mütləq şəkildə beyin ölümünün diaqnuzunun qoyulması lazımdır". Onun sözlərinə görə, Azərbaycan səhiyyəsi orqan köçürmələrini həyata keçirməyə qadirdir: "Artıq Azərbaycanda canlılardan qara ciyər köçürmələri həyata keçirilib. Hansı ki, bu ölmüş və yaxud həyatını itirmiş şəxslərdən alınan orqanlardan daha çox məsuliyyət tətləb edir". 
Məlumat üçün qeyd edək ki, bütün inkişaf etmiş ölkələrdə meyit orqanları istifadə edilir. Çünki hər bir insanın canlı donorunun olması şansı yoxdur. Bunun üçün də alternativ imkanlar olmalıdır. Donoru olmayan, təcili hallarda əməliyyata ehtiyacı olan insanlar da var. Onlar üçün meyit orqanlarından istifadə oluna bilər. Digər tərəfdən, bu, transplantasiya üçün həm canlıdan, həm də meyit orqanından istifadə etmək şansı verir. Qeyd edək ki, "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanuna əsasən, şəxs sağlığında donorluğa yazılı razılığını bildirərsə, ölümündən sonra transplantasiya məqsədilə onun orqan və (və ya) toxumalarından istifadə oluna bilər. Şəxs bu məsələyə münasibətini bildirməyibsə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqan və (və ya) toxumalarının götürülməsinə yol verilir. Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edibsə, ölümündən sonra ondan transplantasiya məqsədilə orqan və (və ya) toxumaların götürülməsinə yol verilmir. Qanuna görə, meyitdən və ya ölüm vəziyyətində olan şəxslərdən transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsi yalnız həkimlər konsiliumu tərəfindən bioloji ölümün baş verməsini və baş-beyin fəaliyyətinin tam dayanmasını ("beyin ölümünün") təsdiq edən inkaredilməz faktın olmasından sonra həyata keçirilə bilər. Donorun ölüm aktının təsdiqində transplantoloq və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən hər hansı bir şəxsin iştirakı qadağandır.

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31