Milli-mənəvi dəyərlərimizdə vəhdət prinsipi 

Zaqatala rayonu Yuxarı Tala kənd (2) məscidi dini icması tərəfindən “Müasir dünya və ənənəvi milli-dini dəyərlər” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimizdə vəhdət prinsipi” mövzusunda növbəti tədbir keçirilib. “OLAYLAR”-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, tədbirdə Yuxarı Tala kənd dindarları, ziyalılar, gənclər və ağsaqqalar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Zaqatala rayonu Yuxarı Tala kənd (2) məscidi dini icmasının sədri Səid Şabanov İslamın vəhdət prinsiplərindən danışıb.

Zaqatala rayonu Yuxarı Tala kənd (2) məscidi dini icması tərəfindən "Müasir dünya və ənənəvi milli-dini dəyərlər" layihəsi çərçivəsində "Milli-mənəvi dəyərlərimizdə vəhdət prinsipi" mövzusunda növbəti tədbir keçirilib. "OLAYLAR"-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, tədbirdə Yuxarı Tala kənd dindarları, ziyalılar, gənclər və ağsaqqalar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Zaqatala rayonu Yuxarı Tala kənd (2) məscidi dini icmasının sədri Səid Şabanov İslamın vəhdət prinsiplərindən danışıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov dinin mahiyyətinin düzgün idrakının vəhdət prinsipinin əsas meyarı olduğunu söyləyib, dinin mahiyyətini qavramadan vəhdət prinsipindən danışmağın əhəmiyyətsiz olduğunu deyib. Komitənin Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Sərxan Tahirzadə İslam ənənəsində dəyərlərin rolu barədə məlumat verib, cəmiyyətin birlik və bərabərliyinin tövhid əqidəsinin təzahürü olduğunu vurğulayıb. Tədbirdə çıxış edən Bakı İslam Universitetinin Zaqatala şöbəsinin müəllimi Vüqar Səmədov isə vəhdət prinsipləri ilə bağlı Hz. Peyğəmbərin həyatından nümunələr gətirib, İslam Peyğəmbərinin hər şeydən əvvəl vəhdət üzərində durduğunu qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31