3500 həkim işsiz qala bilər

Xəstəxanaların özəlləşdirilərək, həkimləri işdən azad etmək yolverilməzdir. Bunu millət vəkili Vahid Əhmədov parlament komitələrinin birgə iclasında büdcə zərfinin müzakirəsi zamanı deyib.

Xəstəxanaların özəlləşdirilərək, həkimləri işdən azad etmək yolverilməzdir. Bunu millət vəkili Vahid Əhmədov parlament komitələrinin birgə iclasında büdcə zərfinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, özəlləşdirilməyə çıxarılan müəssisələr artıq məlumdur və burada bir sıra xəstəxanaların, xüsusən də, "Kaspar" , "Dəmiryol" xəsətəxanasının və bir sıra ambulator xəstəxanaların özəlləşdirilməsi nəzərdə tutulur: "Bu xəstəxanaların özəlləşdirilməsi nəticəsində 3 min 500 həkim işsiz qalacaq. Indiki halda buna yol vermək olmaz. Ən azından həmin müəssisələr özəlləşməyə çıxarılanda həkimlərə 3 aylıq kompenssasiya verilməlidir. Bu problem ciddidir və hökumət bu müəssisələri özəlləşdirən zaman bu məsələləri diqqətdə saxlamalıdır"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31