Gündəm

Çin futbolunda ən bahalı transfer gerçəkləşir

14 Dekabr 2016 13:32

Çinin "Şanxay SİPG" klubu İngiltərənin "Çelsi" klubunun futbolçusu Oskarı transer edəcək. Asiya klubu braziliyalı yarımmüdafiəçi üçün təxminən 75 milyon dollar ödəyəcək.

Tarixi əhəmiyyətli səfər

14 Dekabr 2016 13:27

İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana qısamüddətli, lakin çox məhsuldar səfəri başa çatdı. Səfərin məhsuldarlığı tərəflər arasında imzalanan sənədlərdən də görünürdü. Belə ki, bir neçə saatlıq görüş və müzakirələrin nəticəsi olaraq Azərbaycan Respublikasının hökuməti ilə İsrail dövlətinin hökuməti arasında standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahələrində, eləcə də kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında” sazişlər, gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiya, həmçinin “Azərbaycan Respublikasının hökuməti ilə İsrail dövlətinin hökuməti arasında Birgə Komissiyasının yaradılması haqqında” Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan özünü mümkün təhdidlərdən qoruyur

14 Dekabr 2016 13:21

Azərbaycanın müstəqil şəkildə xarici siyasət yürütməsi, bəzi region ölkələrindən fərqli olaraq sifariş yerinə yetirməməsi bu və ya digər ölkələrdə qısqanclıq yaratsa, rəsmi Bakıya qarşı müəyyən təzyiq vasitələrinə əl atılsa da, nəticədə bizim prinsipial mövqeyimizin dəyişmədiyini görərək Azərbaycanla hesablaşmaq məcburiyyətində qalırlar. Zaman-zaman müşahidə edilən bu tendensiyaya elə başa vurmaqda olduğumuz 2016-cı il ərzində də rast gəldik.

Üzsüzlər

14 Dekabr 2016 13:19

Metroda uzun müddət davam edən səssizlikdən sonra dar, dörd divar bir hamamın döşəməsinə damcılayan su damcılarının yaratdığı alçaq, amma olduqca aydın səs qədər diqqət yaradan və eyni zamanda tükürpərdici ayaq səsləri gəlməyə başladı. Kevin Makloded bu səsi aydın eşitsə də nədəndir bilinməz, amma özünü eşitməməzliyə vurub növbəti qatarı gözlədi. Səs isə elə hey yaxınlaşırdı. Təsadüfdən stansiyada Kevindən başqa kimsə gözə dəymirdi.

Körpələr niyə küçələrə atılır?

14 Dekabr 2016 13:18

Analar tərəfindən məsum körpələrin küçəyə atılması hallarına hələ də rast gəlinir. Bakının Yasamal rayonu ərazisində yaşayış binasının qarşısındakı məişət tullantıları qutusunda yeni doğulmuş qız uşağının tapılması barədə məlumat yayılıb. Zibillikdən tapılmış uşaq K. Fərəcova adına respublika Elmi-Tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib.

İstanbuldakı terror aktı ilə əlaqədar Azərbaycan səfirliyində xatirə kitabı açılacaq

14 Dekabr 2016 13:14

Dekabrın 10-da Türkiyədə baş verən terror aktı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq.

"Qaçqınkom" kommunal xidmət xərclərinin birbaşa məcburi köçkünlərə verilməsi təklifinə münasibət bildirib

14 Dekabr 2016 13:12

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərin istifadə etdikləri kommunal xidmət xərclərinin yemək xərci müavinəti kimi plastik kartla onların özlərinə verilməsi təklifinə münasibət bildirib.

Neftçala sakininin oğlu tərəfindən öldürülərək yandırılması faktı ilə bağlı daha bir nəfər tutulub

14 Dekabr 2016 13:09

Neftçala rayon sakini Kamal Rüstəmovu qətlə yetirməkdə şübhəli bilinən qrupun daha bir üzvü saxlanılıb.

"Nazirlər Kabineti qəbul imtahanlarının ödənişli olması barədə qərar qəbul edəcək"

14 Dekabr 2016 13:07

“Azərbaycanda imtahanların ödənişli olması üçün Dövlət İmtahan Mərkəzinin xidmətləri Tarif Şurasının müvafiq siyahısına daxil edilməlidir. Nazirlər Kabinetitərəfindən müvafiq qərar verildikdən sonra yeni xidmətlər ictimaiyyətə açıqlanacaq”.

Şahid: "Hər ay Vidadi Zeynalovdan pul alıb, MTN generalı Sübahir Qurbanova çatdırırdım"

14 Dekabr 2016 13:05

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.  

"Qara bazar"la bağlı növbəti əməliyyat: 8 nəfər saxlanıldı

14 Dekabr 2016 13:01

Ayrı-ayrı şəxslər tərəfindən qanunsuz valyuta mübadiləsi əməliyyatlarının aparılmasına qarşı məqsədyönlü mübarizə sahəsində daxili işlər orqanları tərəfindən xüsusi əməliyyat tədbirləri davam etdirilir.

Sağlıq turizmi sahəsində Türkiyə ilə əməkdaşlıq müzakirə edilib 

14 Dekabr 2016 12:58

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasıyasının sədri Ruslan Quliyevlə Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən Azərbaycan Turizm Nümayəndəliyinin rəhbəri Nurlana Çakmak arasında işgüzar görüş keçirilib.

Gənc Turizm Bələdçisi” layihəsinə start verildi

14 Dekabr 2016 12:57

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Turizm və Menecment Universiteti, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Turizm İnstitutu Məzunları İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Gənc Turizm Bələdçisi” layihəsinə start verilib.

İŞİD kilsəni belə partlatdı - VİDEO

14 Dekabr 2016 12:54

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı bazar günü Misirin paytaxtı Qahirədə törədilmiş qanlı terror aktına görə məsuliyyəti boynuna götürüb.

Qar yağacaq, yollar buz bağlayacaq

14 Dekabr 2016 12:53

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir.